Kənd təsərrüfatı naziri Heydər Əsədov son zamanlar bəzi kənd təsərrüfatı məhsullarının bahalaşmasına münasibət bildirib.Nazirin sözlərinə görə, qiymətin formalaşmasına müxtəlif aspektlərdən yanaşmaq lazımdır:
Nazir əlavə edib ki, mətbuat ancaq bahalaşmanı işıqlandırır, amma bir sıra məhsulların ucuzlaşmasına göz yumur: “Siz hər dəfə ətin bahalaşması ilə bağlı azı 5 sual verirsiniz. Lakin kartofun ucuzlaşmasına toxunan yoxdur. Heç kim qeyd etmir ki, ötən il kartofun 1 kiloqramının qiyməti 1 – 1,2 manat idi, hazırda isə 55 qəpikdir. O da yadınızdan çıxır ki, 1 – 1,5 manat olan 1 kiloqram soğan hazırda 15 qəpiyə satılır. Çox maraqlı yanaşmadır. Mətbuat rəqəmləri, informasiyanı, tendensiyanı dolğun, ətraflı təqdim etməlidir. Bir daha qeyd edirəm ki, məhsulların qiymətinə bir çox amillər təsir edir. Bəzi məhsullar bahalaşır, laki bəzi məhsullar ucuzlaşır. Amma nədənsəjurnalistlər ancaq bahalaşmanı görür”.
Son zamanlar manatın bahalaşmasının qiymətlərə müsbət təsiri barədə suala isə nazir bu cür cavab verib: “Hələlik manat vur-tut 3-5% bahalaşıb. Yəqin ki, bir müddət sonra bunun təsiri barədə real nəticələri görəcəyik”.
H. Əsədov onu da qeyd edib ki, ətin bahalaşmasına təsir edən amillərdən biri də bayramqabağı tələbatın artmasıdır. (APA)