Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti (“Rosselxoznadzor”) Türkiyədən məhsul idxalına qoyulan mövcud qadağanı aradan qaldırmağı planlaşdırmır.
Elchi.az report-a istnadən xəbər verir ki, bu barədə idarənin mətbuat katibi Yuliya Melano məlumat verib.
“Rosselxoznadzor” Türkiyə məhsullarının idxalı ilə bağlı qüvvədə olan məhdudiyyətin götürülməsi imkanlarını nəzərdən keçirmir”, – deyə mətbuat katibi “İzvestiya” qəzetinə bildirib.
Kənd Təsərrüfatı Nazirliyindən isə qeyd ediblər ki, “Türkiyə meyvə-tərəvəz məhsullarının Rusiya bazarına tədarükünə qoyulan qadağanın tam və ya qismən ləğv edilməsi məsələsi Ankaranın Rusiya məhsullarına qoyduğu məhdudiyyətləri aradan qaldırması ilə bir müzakirə olunmalıdır.
Elchi.az




