
Şirvan sakini polis əməkdaşlarına bıçaqla xəsarət yetirib.
Elchi.az DİN-ə istinadən xəbər verir ki, martın 21-də narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Solovyev Şirvan ŞPŞ əməkdaşları tərəfindən saxlanılarkən 2 polis əməkdaşının əl nahiyəsinə bıçaqla xəsarət yetirib.
Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Elchi.az



