"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Partiya sədri Aslan İsmayılova və OVS mağazasına səsləndi: “Bizə nə ermənilərin yumurtası, nə də onların istehsal etdiyi paltar lazımdır”

26 Mart 2017 - 13:57
in CƏMİYYƏT

Milliyətçi siyasi oriyentasiyası ilə tanınan Böyük Millət Partiyasının (BMP) sədri Samir Adıgözəlli Azərbaycanda məşhur brendlərdən olan OVS mağazalar şəbəkəsində Ermənistan istehsalı olan hərbi uşaq paltarlarının satılması və Türkiyənin “Emre Piliç Gida Sanayi ve Ticaret Limited” Şirkətinin rəhbəri Ömür Oralın bu yaxınlarda ölkəmizdə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib. Partiya sədrinin adından yayılan bəyanatda deyilir:
“Məlum olduğu kimi, mediada tirajlanan bu xəbərlər ölkədə ciddi rezonansa səbəb olub. Jurnalistlər Bakıda satılan malların Ermənistanda istehsal olunduğunu sübut edən təkzibolunmaz faktları ortaya qoyublar. Buna baxmayaraq, mağaza rəhbərliyi etdiyi utanc hərəkətə görə, xalqdan üzr istəmək əvəzinə, bütün günahı jurnalistlərin üzərinə atmaq istəyir”.
BMP sədri qeyd edir ki, belə halların get-gedə geniş vüsət alması cəmiyyətimizin ciddi sayılan bəzi məsələlərə vaxtıda lazım olan tərzdə reaksiya verməməsilə bağlıdır:

 

 

 

“Son vaxtlar mən işimlə əlaqədar xarici ölkələrdə tez-tez oluram. Buna baxmayaraq, ölkədəki prosesləri yaxından izləyirəm. Hesab edirəm ki, Azərbaycana yumurta satan bir əcnəbi şirkətin rəhbərinin Bakının göbəyində oturub öz erməni şəriklərinə haqq qazandırması, hətta onları Qərbi Azərbaycanda doğulan soydaşlarımızla müqayisə etməsinə lazımi şəkildə reaksiya verilsəydi, bu gün biz erməni istehsalı olan mallarının dükanlarımızda satılmasının şahidi olmazdıq. Görün vəziyyət nə yerə çatıb ki, özünü Azərbaycanın ən “tanınmış” hüquqşunası sayan Aslan İsmayılov qeyd etdiyim qüsurlu müqayisəni aparan türk iş adamının yanında oturub, onun işlətdiyi ifadələrə züy tutmaqla məşğuldur. Hətta bir az da irəli gedərək, o, ermənilərin şərik olduğu şirkətin fəaliyyətilə bağlı həqiqətləri ictimaiyyətə çatdıran media quruluşlarını, iş adamlarını şantaj edir. Mən yerli sahibkarları bu tip adamlarla əməkdaşlığa son qoymağa çağırıram. Hesab edirəm ki, belə təxribatçı fikirləri yayan adamların ölkəyə buraxılmaması ilə bağlı məsələ də ciddi nəzrdən keçirilməlidir.

Bəyanatda daha sonra deyilir:

 


“Biz siyasi partiya olaraq, baş verən hər iki utancverici hadisədən sarsıldığımızı bildiririk.
Aslan İsmayılovun, onun hüquqlarını müdafiə etdiyi Ömür Oralın diqqətinə çatdırmaq istəyirik ki, ermənilərin ən təhlükəliləri elə Ermənistanda doğulmayanlardı! Dağlıq Qarabağda gedən müharibədə biz Ermənistanda doğulmayan çoxlu sayda erməni terrorçusunun vurşduğunun şahidi olmuşuq. Bir çox türk diplomatlarını Avropada və başqa yerlərdə qətlə yetirən ASALA terrorçularının hamısı bəyəm Ermənistanda doğulub? Ermənistanın işğalçı siyasətinə həm maliyyə, həm də informasiya dəstəyi verən erməni diasporunun nümayəndələrinin böyük əksəriyyəti heç İrəvanı görməyib. Bu faktor heç də ermənilərlə bağlı qüsurlu müqayisə aparmaq üçün əsas ola bilməz.
Biz əlaqədar rəsmi qurumlardan hər iki məsələ ilə bağlı ciddi araşdırma aparılmasını xahiş edirik. Siyasi partiya olaraq bəyan edirik ki, sözügedən şəxslər anoloji fəaliyyətlərini davam etdiricəyi təqdirdə, onların ofisləri və mağazaları qarşısında etiraz aksiyası keçirməyə məcbur olacayıq. Çünki  bizə nə ermənilərin yumurtası, nə də onların istehsal etdiyi paltar lazımdır”. 

 

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident yeni səfirləri qəbul etdi – Fotolar (Yenilənib)

Next Post

Levon Ter-Petrosyanın blokundan nazirə “istefa” tələbi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Levon Ter-Petrosyanın blokundan nazirə “istefa” tələbi

Sərkisyanın Qarabağda növbəti Aprel etirafı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.