Nüfuzlu “Bild” qəzeti Rusiya prezidenti Vladimir Putinin əsas məqsədinin Almaniyanı bölmək olduğu iddiası ilə çıxış edib.
“Novorossiya” təhlükəsindən bəhs edən mətbu orqan Almaniyanın 1990-ci il sərhədlərinə qayıtma ehtimalını
yüksək sayıb.
“Bild” həmçininRusiya Prezidenti Vladimir Putinin aprel ayında uzun zamandır istifadə olunmayan “Novorossiya” sözünü səsləndirməsini əsas təhlükə mənbəyi hesab edib.
Xatırladaq ki, “Novorossiya” Rusiya ilə dərin bağları olan birlik kimi xarakterizə olunur. Ekspertlər Putinin bu adı hallandırmasını onun keçmiş Sovetləri Birliyinin bərpasının tərkib hissəsi sayırlar.



