Cocuq Mərcanlıdan son görüntülər – Fotolarda

>

Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası işləri uğurla davam etdirilir.

Bunu da oxuyun

Elchi.az-ın məlumatına görə, AZƏRTAC-ın müxbiri Cocuq Mərcanlıdan xəbər verir ki, inşaat işlərinə 30-a yaxın texnika, 100-dən çox işçi cəlb edilib. İş icraçısı Loğman Bayramovun bildirdiyinə görə, artıq 21 evdə hörgü işləri başa çatıb. Yaxın günlərdə bu evlərin dam örtükləri vurulacaq. 9 evin dəmir-beton tavası qoyulub. Hazırda digər evlərdə hörgü, məktəb binasında suvaq işləri, kəndə su xətlərinin çəkilişi aparılır. Kənddə birinci mərhələdə tikiləcək 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlı olacaq.

Cocuq Mərcanlı kəndinə ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilir. Artıq yol yatağının tikintisi başa çatdırılıb, birinci qat asfalt örtüyünün salınmasına başlanılıb. İşləri texnoloji ardıcıllığa riayət etməklə və yüksək keyfiyyətlə həyata keçirən “Azəravtoyol” ASC tərəfindən əraziyə lazımi miqdarda işçi və texnika cəlb olunub.

 Elchi.az

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728