"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Etibar Əliyev MTN şefi ilə bağlı ifadə verdi

31 Mart 2017 - 19:00
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Etibar Əliyev MTN şefi ilə bağlı ifadə verdi

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Elchi.az Report-a istinadən xəbər verir ki, Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, zərərçəkmişlərin müracətlərində MTN-in Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev və “Texnikabank”ın sabiq rəhbəri Etibar Əliyevin təqsirkarlar kimi cinayət məsuliyyətinə cəlb edilməsinə göstəriş verilməsini xahiş ediblər.

Daha sonra təqsirləndirilən V.Ələkbərov barəsində seçilmiş həbs qətimkan tədbirinin alternativ cəza ilə əvəz edilməsi barədə vəsatət verib.

Vəsatət təmin edilməyib. V.Ələkbərov hakimlər kollegiyasına etiraz verilməsi barədə vəsatət vermək istəyib.

Hakim isə bildirib ki, prosesə şahid gəlib, onu dindirəndən sonra vəsatət verilə bilər. Təqsirləndirilən şəxs hakimlərə etirazını bildirib.

Müşavirə keçirən hakimlər kollegiyası etirazın əsaslı olmadığı nəticəsinə gəliblər və təmin edilməməsi barədə qərar qəbul ediblər.

Bundan sonra “Texnikabank”ın sabiq rəhbəri E.Əliyev ifadə verib. O, bu işdə zərərçəkmişlərdən V.Ələkbərovun rüşvət almasından xəbəri olmadığını söyləyib. E.Əliyev qeyd edib ki, zərərçəkmişlərin pulları banka qoyması, əmanət kitabçaları almaları barədə dedikləri də yalandır. O, zərərçəkmiş Hüseyn Səfərovu ittiham edib: “Bu şəxsin barəsində olan cinayət işinə xitam verilməsinin əleyhinəyəm. Onun barəsində yenidən cinayət işi başlanması üçün qərardad qəbul edilməsini, həmin qərardadın Baş Prokurorluğa göndərilməsini tələb edirəm”.

Bu zaman H.Səfərovla E.Əliyevin arasında mübahisə yaranıb. Hakimlər E.Əliyevə etirazlarını bildiriblər.

Daha sonra E.Əliyev sualları cavablandırıb. O, MTN-in sabiq rəisi Eldar Mahmudovla əlbir olması barədə səslənən fikirlərə münasibət bildirib: “Mən Eldar Mahmudovla necə əlbir ola bilərəm?! Mənim özümü də həbs etmişdilər”.

Məhkəmənin növbəti prosesi aprelin 7-nə təyin edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

Həbsdə olan V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzilinə üzərinə həbs qoyulub. Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri isə 1 milyon 277 min manat hesablanıb.

Elchi.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Torpaq sahələrinə dair qanunsuz qərar qəbul etməyə görə həbs müddəti artırılır

Next Post

BMT Qarabağ üzrə danışıqları bərpa etməyə çağırdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

BMT Qarabağ üzrə danışıqları bərpa etməyə çağırdı

Daxili bazarda taxta-şalban ucuzlaşacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.