Bu şagirdlər üçün imtahan keçiriləcək

>

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 11, 12, 13 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək.

Bunu da oxuyun

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Elchi.az-a verilən məlumata görə, qeydiyyat və sənəd qəbulu aprelin 3-dən 21-dək (yalnız iş günləri) Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq.

Eksternat imtahanları 45 nömrəli tam orta məktəbdə keçiriləcək.

Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 3, 4, 5 may tarixlərində saat 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Elchi.az

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728