"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda mərkəzi yolların bağlanması nəqliyyatın hərəkətini iflic etdi

04 Aprel 2017 - 10:42
in CƏMİYYƏT

Bakıda mərkəzi yolların bağlanması nəqliyyatın hərəkətini iflic etdi

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bakı şəhərinin bəzi yollarında nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunan məhdudiyyət ciddi tıxaca səbəb olub.

Heydər Əliyev, Babək prospektlərində, Yusif Səfərov, Koroğlu Rəhimov, Nəcəfqulu Rəhimov, Afiyəddin Cəlilov və bir sıra digər küçələrdə nəqliyyatın hərəkəti iflic olub.

Ötən gün “Azəravtoyol” ASC-nin yaydığı məlumatda bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməyədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır. Məhdudlaşdırma aprel ayının 3-dən 4-ə keçən gecədən etibarən və təmir işləri bitənədək tətbiq ediləcək. Qurum alternativ olaraq sürücülərə Babək prospekti – Fəzail Bayramov küçəsi – Xocalı prospekti – Afiyəddin Cəlilov küçəsi, həmçinin Babək prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Afiyəddin Cəlilov küçəsi istiqamətlərindən istifadəni tövsiyə edib.

Bu gün saat 09:00 olan məlumata əsasən, təmir işləri başa çatmayıb. Belə ki, Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsinə gedən yol (Babək prospektinə və Sergey Senyuşkin küçəsinə aparan körpünün sağ və solu – red.) bağlıdır. Yusif Səfərov küçəsinə daxil olmaq istəyən sürücüləri “Azəravtoyol” ASC tərəfindən quraşdırılan “Müvəqqəti narahatlığa görə üzr istəyirik” yazısı olan plakat qarşılayır. Sürücülər məcburən yuxarıda qeyd edilən alternativ yollara üz tutur. Bu yolların ötürücülük qabiliyyəti isə tıxaca tab gətirmək iqtidarında deyil. Dövlət Yol Polisinin ərazidə işləyən inspektorlarının hərəkəti tənzimləmək cəhdləri də tıxacın azalmasına ciddi təsir etmir.

Yeri gəlmişkən, ötən gün axşam saatlarında Bakı Nəqliyyat Agentliyinin (BNA) yaydığı məlumatda deyilib ki, Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən şəhər mərkəzi istiqamətinə olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından, həmin yoldan keçən marşrut xətlərinə də müvəqqəti dəyişiklik edilib. Dəyişikliyə əsasən H1 (Ekspress xətt) 1, 2, 4, 21, 32 və 46 nömrəli marşrut xətləri üzrə avtobuslar təmir işləri bitənə qədər, alternativ olaraq Babək prospekti, Nəcəfqulu Rəfiyev küçəsi, Afiyəddin Cəlilov küçəsi, Fəzail Bayramov küçəsi və İzzət Orucov küçəsindən keçməklə hərəkət istiqamətinə davam edəcəklər. Beləliklə, ictimai nəqliyyat vasitələrinin bu yollara yönləndirilməsi tıxacın daha da böyüməsinə səbəb olur. (APA)

Elchi.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycana gələn əcnəbilərə nəzarətin yeni yolu – Miqrasiya kartı veriləcək

Next Post

2 yaşlı uşaq kanalda batdı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

2 yaşlı uşaq kanalda batdı

Azərbaycan nefti bahalaşdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.