
Rusiyaya aparılan tərəvəzlər gömrükdən geri qaytarılır. Qaytarılan ərzaq və tərəvəzlər pərakəndə şəkildə paytaxt küçələrində satışa çıxarıldı.
Cebhe.info-nun əldə etdiyi məlumata görə, bu günlərdə paytaxt Bakı küçələrində səyyar satış artıb.
Satıcılar məhsulların Rusiyaya buraxılmadığını, nəticədə onların bu şəkildə paytaxtda satışa çıxarıldığını bildiriblər. Qeyd edək ki, məhsulların əksəriyyəti yararsız vəziyyətdədir.
“Yol kənarında ucuz qiymətə pomidor satırdılar. Kiloqramı 50 qəpiyə. 5 manatlıq aldım ki, qohum- əqrəbaya da verim, münasib qiymətə idi. Apardım evə, sabah durdum ki, bir dənə də pomidor salamat qalmayıb. Elə bil içərisinə su vurublar. Xarab oldu. Yaxşı ki, yeməmişik. Yesəydik, çox güman ki, bizi zəhərləyib öldürərdi. Sabahsı gün getdik həmin yerə satanlar yox idi. Hər küçədə bir gün satış edib aradan çıxırlar”,- deyə şikayətçi Cebhe.info-ya bildirib.
Həmin satıcılar Bakının Zərgərpalan küçəsində tapılıb. Onların fotosunu təqdim edirik.

Elchi.az



