"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Dövlət sirrinin yayılması ilə bağlı özbaşınalıqların qarşısı alınacaq”

03 Sentyabr 2014 - 13:27
in XƏBƏR LENTİ

Milli-meclisfksdjcvhucvsduvudjhAvqust ayının ilk ongünlüyündə Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejimi ciddi şəkildə pozuldu. Azərbaycan ordusu şəhid də verdi. Amma Azərbaycan mətbuatı 3 günlük müharibə dövründən üzüağ çıxa bilmədi. Cəbhə bölgəsindən dezinformasiyalar, Müdafiə Nazirliyinin təsdiqləmədiyi xəbərlər, milli ordumuzun ağır texnikalarının nömrələrinə qədər sosial şəbəkələrdə paylaşılması müharibə şəraitində yaşayan bir dövlətin dövlət və hərbi sirrlərinin qorunub saxlanılması yolunda əsas maneəyə çevrildi. Təbii ki, düşmən tərəfin, Azərbaycan ordusu haqqında geniş bilgilər əldə etməsinə bilərəkdən, yaxud bilməyərəkdən şərait yaradıldı.

Bu günlərdə Prezident Administarsiyasının rəhbəri Ramiz Mehdiyev media nümayəndələri ilə görüşündə bir sıra fikirlər səslənməsinə baxmayaraq, Azərbaycan mətbuatı haqlı olaraq tənqid olundu. Bundan başqa, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sultanov maraqlı təkliflə çıxış etdi. O, dövlət sirrinin yayılması ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklər edilməsinin zəruriliyini diqqətə çatdırdı. Milli Məclisin Hüquq və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a açıqlamasında bu təklifə münasibətini bildirib:

“Bu günlərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin keçirdiyi müşavirədəki açıqlamaları onu göstərdi ki, dövlət artıq bu sahədə müəyyən boşluğun olduğu qənaətinə gəlib və bunun tənzimlənməsi üçün addımlar atılacaq. Təbii ki, həm Ramiz müəllimin qaldırdığı məsələlər, həm də Eldar müəllimin fikirləri ilə həmrəyəm. Belə olmaz. Cəbhə bölgəsində gərginlik yarananda mətbuatla bağlı xüsusi problemlərimiz yarandı. Bilirsiniz ki, avqust ayının 3-4 günü müddətində atəşkəs rejimi ciddi pozuldu, şəhidlər verdik. Bu müddətdə mətbuat özünü kifayət qədər normal və professional apara bilmədi. Orada nədən söhbət getdiyini xırdalamaq istəmirəm. Sanki kütləvi informasiya vasitələri arasında yarışma gedirdi. Bu yarışmada əsas məqsəd kimin hansı informasiyanı daha tez yerləşdirməsi idi. Bir çoxları informasiyanın həqiqətə uyğun oldu-olmadığını belə nəzərə almadı. Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da vurğuladı ki, saytlar arasında İP davası gedir. Müharibə şəraitində mətbuatda bizim hərbi texnikamızın yerdəyişmələri haqqında informasiya verilməsi, hətta bunun fotoşəkillər əks etdirilməsi yolverilməzdir. Ona görə belə hesab edirəm ki, bu boşluğu doldurmaq üçün mütləq qanunlara əlavə və dəyişiklik edilməlidir. Ümid edirəm ki, sentyabr ayının sonunda Milli Məclisin payız sessiyası başlayarkən belə bir təkliflə Prezident Administrasiyası çıxış edəcək”.

Deputatın fikrincə, məsələ müzakirəyə çıxarılandan sonra belə özbaşnalıqların qarşısı alınacaq: “Özbaşınalığını davam etdirənlər isə qanunla cəzalandırılacaq. Erməni kəşfiyyatına, erməni xüsusi xidmət orqanlarına hansısa bir informasiyanı bilərəkdən, yaxud bilməyərəkdən ötürmək heç kimi məsuliyyətdən azad etmir. Hər bir kəs mətbuat nümayəndəsi kimi yox, Azərbaycan dövlətinin vətəndaşı kimi çıxış etməlidir. Milli maraqlarımıza, ordumuzun maraqlarına, təhlükəsizliyimizə xələl gətirən informasiyaları 5 oxucunun oxuması önəmlidir, yoxsa bu sirri saxlamaqla ordumuzun uğurlu qələbəsini təmin etməyimiz?! Bunu düşünmək lazımdır”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Telman İsmayılovun torpağını da əlindən alırlar

Next Post

Azərbaycanda borcu olan müəllim intihar etdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycanda borcu olan müəllim intihar etdi

Facebook-da rüsvay ola bilərsiniz - XƏBƏRDARLIQ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.