"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Atasını ürəyindən bıçaqlayan gənc: “O, şeytan idi”

12 Aprel 2017 - 14:45
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Atasını anlaqsız vəziyyətdə öldürməkdə təqsirləndirilən 1999-cu il təvəllüdlü Kənan Qasımovun cinayət işi üzrə məhkəmə başlayıb.

Elchi.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Söz dövlət ittihamçısına verilib.

Prokuror təqsirləndirilən Kənan Qasımovun atasını anlaqsız vəziyyətdə öldürməsi ilə bağlı qərarı elan edib.

Kənan Qasımov özünü təqsirli bilib.

Məhkəmədə ilk öncə şahid qismində Asif İmanov dindirilib. O, başına faciə gələn ailə ilə qonşuluqda yaşadığını deyib: “Uzun müddətdir ki, qonşuluqda yaşayırıq. Kənan çox ağıllı, kamallı uşaq idi. Hamıya salam verər, böyük-kiçiyin yerini bilən idi. Daha sonra xəbər tutdum ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub.1 ilə yaxın orda oxudu. Daha sonra atası Qulu dedi ki, Kənan hərbi liseydən çıxarılıb. Səbəbini soruşdum, Qulu dedi ki, uşaq normal adamlara qoşulmayıb. Qulu, həmçinin mənə dedi ki, oğlu müxtəlif dini cərayanlara qoşulub, dərsə getmir”.

İfadəsinə davam edən Asif İmanov bildirib ki, ailə daxilində münaqişə baş verməsinə, söz-söhbət olmasına şahid olmayıb: “Hadisə günü çöldən səs gəldi. Çıxıb gördüm ki, Qulu fəryad edir. Yerdə oturub. Qan aparırdı. Oğlumla bir yerdəydik. Dedim, tez təcili yardım çağır. Qulu dedi ki,  qoymayın, Kənan məni öldürəcək, kömək edin. Mən Qulunun başının üstündə duranda gördüm, Kənan əlində bıçaqla gəlir. Gülə-gülə üstümüzə gəlirdi. Mənə dedi ki, Asif dayı, icazə ver, atama birində vurum. Tutdum. Qoymadım. Daha sonra təcili yardım gəldi. Qulunu xəstəxanaya göndərdik. Kənanın dayısına zəng elədim, gəldi. Kənanı götürüb apardı”.

Şahid qeyd edib ki, daha sonra polis və prokurorluq orqanları hadisə yerinə gəlib: “Gəldilər, bildiklərimi dedim. Kənanın əlindən aldığım bıçağı qapıya qoymuşdum. Sonra dayısı Kənanı gətirdi. Polislər apardı”.

Məhkəmədə şahid Həsən İmamlı ifadə verib. O, ifadəsində bildirib ki, hadisə olan zaman evdə olub: “Qonşuluqda qalırıq. Atam səslədi ki, qonşuda dava düşüb. Çıxdım çölə. Atam dedi ki, Kənan atası Qulunu vurub. Atam dedi, təcili yardım çağır. Həmin vaxt Kənan da orda idi. Təcili yardım gələndə atasının xərəyə qoyulmasına kömək də elədi. Atasını niyə vurduğunu demədi. Dayısı gəlmişdi. Kənanı aparıb getdi”.

Prosesdə dindirilənlər arasında Kənan Qasımovun dayısı Elşad Sarıyev var. O, ifadəsində qeyd edib ki, Kənan təbiətcə çox sakit uşaq olub: “Rahat, sakit uşaq idi. Bilirdim ki, atası onu incidirdi. Deyirdi, get işlə. Bunun da o vaxt 16 yaşı vardı. Atası getdi, hərbi liseydən çıxartdı. Məktəbdən özü də çıxmaq istəyirdi. Dini tədbirlərə  gedib-gəlirdi. Binənin məsciddinə gedirdi. Əsəbləşən uşaq idi, amma öz içində yaşayırdı bunu”.

İfadəsini davam etdirən Elşad Sarıyev bildirib ki, hadisə günü rayondan Bakıya gəlib: “Evə təzə çatmışdım. Qonşuları zəng elədilər ki, Kənan atasını vurub. Evlərinə getdim. Tez gedib Kənanı götürdüm. Heç nə soruşa bilmədim. Heç özümdə deyildim. Şoka düşmüşdüm. Heç soruşa da bilmədim ki, atanı niyə öldürübsən. Atası onu incidirdi, döyürdü”.

Məhkəmədə Kənan Qasımov da ifadə verib. O, hadisəni ailə münasibətlərinin pozulması nəticəsində törətdiyini etiraf edib. Peşman olduğunu, özünü günahkar hesab elədiyini deyib: “Hərbi liseydən öz istəyimlə çıxmışam. Oranın rejiminə dözə bilmirdim. İbadətlə məşğul idim. Liseydə bunun üçün şərait yoxuydu. Gizlin-gizlin namaz qılırdım. Namaz qılmağı tanışımdan öyrənmişdim. Hərbi liseydən çıxıb universitet oxumaq istəyirdim. Atam hərbi liseydən çıxmağıma çox əsəbiləşirdi. Deyirdi ki, oranı oxumalıydın. Həmişə xırda məsələlərə görə aramızda mübahisə düşürdü. Məni döyürdü”.

Prokurorun suallarını cavablandıran Kənan Qasımov qeyd edib ki, atasını uzandığı yerdə vurub: “Mübahisəmiz zamanı atamı öldürməklə hədələmişdim. Ona görə evdə bıçaqları gizlədirdilər. Hadisədən bir gün qabaq anamla mübahisəmiz olmuşdu. Atam üstümə acıqlanmışdı. Evə girdim. Şkafdan bıçağı götürdüm. Atam üzü üstə uzanmışdı. Uzandığı yerdə bir dəfə səsləndim, daha sonda bir dəfə zərbə vurdum. Atamı öldürməyimə görə peşmanam. Həbsdə olduğum müddətdə gözümün qabağına gəlir. Hər gün yadıma düşür. Həm yaxşı xüsusiyyətləri, həm də pis. Gərək belə olmazdı. Atanı öldürmək düzgün deyil”.

Hakim bildirib ki, Kənan Qasımov istintaqa ifadəsində qeyd edib ki, anası ilə tez-tez mübahisə edib, bunu isə anasının başqası ilə danışdığı ilə əsaslandırıb: “İndi görürük, anan elə qadın deyil. Burda min cür adam gəlib gedir və üzlərinə baxanda görürük, nədir, nə deyil. Bu sözü niyə demisən?”

Kənan Qasımov belə biri olmadığını, həmin vaxt nə dediyini bilmədiyini deyib.
Prokuror Kənan Qasımova istintaq dövründə atasını “şeytan” adlandırdığını deyib və bunun səbəbini soruşub: “İstintaqda demisən ki, atanı “şeytan” adlandırırdın. Atan sənə neyləmişdi. Hətta orda-burda deyirmisən ki, bu adam sənin atan deyil. Niyə belə edirdin. Atan sənə neyləmişdi?”

Təqsirləndirilən şəxs suala cavab verə bilməyib.

Hakim qeyd edib ki, növbəti proses həm Kənan Qasımov sualları cavablandırar, həm də anası Xatirə Qasımova ifadə verər.

Məhkəmə aprelin 18-də davam edəcək.

Qeyd edək ki, qətl keçən il oktyabr ayında Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük Sovxozunda baş verib. Gədəbəy rayon sakini 17 yaşlı Kənan Qasımov atası Qulu Qasımovun ürək nahiyəsinə bıçaq zərbəsi vurub. Məlumata görə, K.Qasımov hadisə baş verməzdən əvvəl psixoloji sarsıntı keçirib. Belə ki, o, bir neçə gün əvvəl təhsil aldığı liseydən yarımçıq çıxıb. Bundan sonra valideynləri K.Qasımovu mübahisəsi düşüb. Bundan əsəbiləşən K.Qasımov atasını öldürmək üçün mətbəxdən bıçaq götürərək atasının yanına gəlib. O, atasını bıçaqla ürəyindən vurmaq istəsə də, ürəyinin dəqiq yerini bilməyib. Bu səbəbdən yeniyetmə əlini öz ürəyinin üstünə qoyub. Bu üsulla o, atasının ürək nahiyəsini tapıb və bıçağı Q.Qasımovun ürəyinə sancıb.

Elchi.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Tibb işçilərinin əmək haqları artırıldı – 850 manat

Next Post

Vizasız gedə biləcəyimiz Avropa ölkələri – QİYMƏTLƏR

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Vizasız gedə biləcəyimiz Avropa ölkələri – QİYMƏTLƏR

"İslamiadanın Azərbaycanda keçirilməsi tolerantlığın və multikulturalizmin əsas göstəriciləridir"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.