Azərbaycanın futbol üzrə əsas milli komandasl növbəti yoxlama oyununu keçirib. Berti Foqtsun rəhbərlik etdiyi komandamız Rusiya yığması ilə qarşılaşıb.“Avro-2016”nın seçmə mərhələsində sentyabrın 9-da Bolqarıstanla keçiriləcək oyuna hazırlıqq xarakteri daşıyan görüşdə millimiz 0:4 hesabı ilə uduzaraq, darmadağın olub.
Qeyd edək ki, bir neçə gün sonra “Avropa Çempionatı-2016″nın seçmə mərhələsi start götürəcəık. Azərbaycan milli komandası H qrupunda İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan, Malta ilə mübarizə aparacaq.
Ümumiyyətlə seçmə mərhələdə 53 komanda 9 qrupa bölünüb. Qruplarda ilk iki yeri tutan komandalar və üçüncülər arasında ən yaxşı göstəricisi olan komanda 2016-da Fransada keçiriləcək final mərhələsinə birbaşa vəsiqə alacaq. Üçüncü pilləni tutan digər 8 komanda cütlüklərə bölünərək finala daha dörd vəsiqə uğrunda yarışacaq.
Azərbaycan milli komandasının H qrupundakı oyunlarının təqvimi:
9 sentyabr 2014: Azərbaycan – Bolqarıstan
10 oktyabr 2014: İtaliya – Azərbaycan
13 oktyabr 2014: Xorvatiya – Azərbaycan
16 noyabr 2014: Azərbaycan – Norveç
28 mart 2015: Azərbaycan – Malta
12 iyun 2015: Norveç – Azərbaycan
3 sentyabr 2015: Azərbaycan – Xorvatiya
6 sentyabr 2015: Malta – Azərbaycan
10 oktyabr 2015: Azərbaycan – İtaliya
13 oktyabr 2015: Bolqarıstan – Azərbaycan.
/modern.az/



