Orduxan Teymurxanın ailə üzvlərindən prezidentə – Müraciət

>

Bir müddətdir Hollandiyada yaşayan və özünü bloqer kimi qələmə verən Orduxan Teymurxanın ailə üzvləri və yaxın qohumları Azərbaycan prezidenti İlham Əliyevə müraciət ediblər.

Bunu da oxuyun

APA-nın məlumatına görə, müraciətdə bildirilir: “Ölkəmizdə yaşamayan və Azərbaycan vətəndaşlığı belə olmayan bir şəxsin respublikamız və onu tərəqqiyə və inkişafa doğru aparan hörmətli prezidentimizin ünvanına heç bir həqiqətə uyğun olmayan ifadələr işlədilməsini pisləyir və şiddətlə qınayırıq. Onun Azərbaycandan kənarda hansısa xarici qüvvələrin təsiri altında həyata keçirdiyi anti-Azərbaycan fəaliyyətini dövlətimizə və xalqımıza qarşı xəyanət kimi qiymətləndiririk. Hesab edirik ki, bu günə kimi həyatda heç bir nailiyyət əldə etməmiş, savadsız bir adamın Azərbaycan hakimiyyətinə iradlar bildirməsi yolverilməzdir”.

Müraciət müəllifləri qeyd edirlər ki, onlar prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir və daim dəstəkləməkdə davam edəcəklər: “Prezidentimizin yeritdiyi siyasətə və dövlətimizin qanunlarına qarşı çıxan bu şəxsə öz etirazımızı bildiririk”.

Müraciəti Orduxan Teymurxanın qardaşı Bəbir Bəbirov, bacıları Rübabə Zeynalova, Sədaqət Ağayeva, Südabə Əliyeva, həmçinin yaxın qohumları Səbuhi Zeynalov, Vüsal Əliyev, Vasif Əliyev, Tural Əliyev, Xəyalə Bəbirli, Turan Bəbirli, Xumar Nəzərova və Vəli Əliyev imzalayıblar.

Elchi.az

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728