Avtomobilin salonunun döşəməsinin altında külli miqdarda siqaret keçirməyə çalışdılar.
Elchi.az Dövlət Gömrük Komitəsininmətbuat xidmətinə istinadən xəbər verir ki, Xaşmaz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinin əldə etdiyi əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mersedes Benz 200” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin salonunun döşəməsinin altından gömrük nəzarətindən gizlədilən 4000 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
.jpg)
.jpg)
.jpg)
Elchi.az
.jpg)



