Deputatlar “Hacı Cavad” məscidi ilə əlaqədar Milli məclisdə müzakirə apardılar

>

Milli Məclisin bu gün keçirilən iclasında Bakının “Sovetski” adlanan ərazisində “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı məsələ qaldırılıb.

Bunu da oxuyun

Elchi.az  Apa-ya istinadən xəbər verir ki, deputat Fazil Mustafa bildirib ki, məscidin sökülməsi ilə bağlı etiraz edənlər süni ajiotaj yaratmaq istəyənlərdir. O qeyd edib ki, Azərbaycanda bir çox yerdə məscidlər tikilir, təmir olunur və dini ocaqlara hörmət qoyulur: “Məscidin sökülməsi ilə bağlı etirazlar başlayanda araşdırıldı və məlum oldu ki, oranın nə qeydiyyatı var, nə də mədəni abidə kimi qorunur. Ora yığışanlar məqsədli şəkildə ajiotaj yaratmaq istəyənlərdir”.

Deputat Qüdrət Həsənquliyev təklif edib ki, həmin məscidin sökülməsi zamanı polisə müqavimət göstərən şəxsləri Dövlət Təhlükəsizlik Xidməti araşdırsın: “Araşdırılsa, məlum olacaq ki, onlar hansısa kənar ölkənin xüsusi kəşfiyyat orqanına bağlıdırlar. Biz imkan vermərik ki, məscidlərimiz casus yuvasına çevrilsin”.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728