ATƏT PA-nın sədri Azərbaycana gələcək

>

“ATƏT Parlament Assambleyasının sədri Kristina Muttonen Azərbaycana rəsmi səfərə dəvət edilib və o, dəvəti məmnuniyyətlə qəbul edib”.

Bunu da oxuyun

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ATƏT PA-nın sədr müavini, deputat Azay Quliyev deyib.

O əlavə edib ki, yaxın zamanlarda dəvəti bir daha rəsmi formada qarşı tərəfə çatdıracaqlar: “Aprelin 23-24-də Kopenhagendə ATƏT PA-nın Büro iclası keçiriləcək. Mən bu məsələni bir daha xanım Muttonenə çatdıracam və konkret tarixi də müzakirə edəcəm. Doğrudur, ATƏT PA-nın bütün sədrləri Azərbaycana səfər edib. Ümid edirəm ki, Kristina Muttonen də yaxın aylarda Azərbaycana səfər edəcək”.

A.Quliyev xatırladıb ki, ötən ay Milli Məclis sədri Oqtay Əsədov Sankt-Peterburqda K.Muttonenlə görüşüb və əlaqələrin yaxşılaşdırılması məsələsini müzakirə edib.

ATƏT PA-nın sədr müavini bildirib ki, Sankt-Peterburqdakı görüşdə müzakirə olunan məsələlər hər iki tərəfləri maraqlara cavab verir.

Elchi.az

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728