DİM abituriyentlərə müraciət etdi – İkinci qəbul imtahanı ilə bağlı

>

Dövlət İmtahan Mərkəzi (DİM) ikinci qəbul imtahanında iştirak etmək istəyən abituriyentlərə müraciət edib.

Bunu da oxuyun

Elchi.az xəbər verir ki, müraciətdə deyilir:

“Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ərizə qəbulu zamanı elektron ərizələrində I, II, III və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər ikinci imtahanda da iştirak etmək istədikləri halda mayın 4-dən 22-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə etməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini qeyd etməyən abituriyentlər isə göstərilən tarixlərdə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edə biləcəklər”.

Elchi.az

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728