
Türkiyə hərbi arsenalında daha bir yeniliyə imza atılıb.
Elchi.az İstipress-ə istinadən xəbər verir ki, “Elektromaqnit Top Sistemi”nin ilk sınaqları həyata keçirilib. Top mərmisi düşmənin üzərinə saniyədə 2 500 metr sürətlə uça bilər.
Səs sürətinin 6 qatına çatan sistem 300 kilometrdən uzaq məsafədə olan hava gəmisi və ya ballistik raket kimi hədəfləri də vura bilir.
Çalışmalara 2014-cü ildə öz qaynağı ilə başlayan “Aselsan” iki il öncə TÜBİTAK (TEYDEB) dəstəyini alıb. EMT-in təklmilləşdirmə işlərinin aparılması üçün “inkişaf laboratoriyası”da qurulub.
Elektromaqnit Top Sistemi, zərbə güc qaynağı, elektromaqnit atış yolundan ibarətdir.
“Aselsan” Top Sistemini 9-12 mayda İstanbulda keçiriləcək “IDEF 2017” müdafiə sənayesi sərgisində nümayiş edəcək.



