
Avropa Liqasında yarımfinalın püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə qitənin ikinci dərəcəli klub turnirində 4 komanda rəqiblərini tanıyıb.
Püşk İngiltərənin “Mançester Yunayted” və İspaniyanan “Selta” klublarını üz-üzə qoyub. İlk matç İspaniyada baş tutacaq.
Digər cütlükdə isə Hollandiyanın “Ayaks” və Fransanın “Lion” klubları qarşılaşacaq. İlk görüş Amsterdamda keçriləcək.
Yarımfinal ilk görüşləri mayın 4-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq.
Mərasimdə finalın nominal meydan sahibi də müəyyənləşib. Mayın 24-də İsveçin paytaxtı Stokholmdakı “Friends Arena in Solna”da baş tutacaq finalın nominal meydan sahibi “Ayaks” – “Lion” cütünün qalibi olacaq.(Fanat.az)




