Avropa Şurası Parlament Assambleyası 13 ildən sonra Türkiyəni yenidən siyasi nəzarət altına salıb.
AŞPA-da keçirilən son iclas zamanı “Türkiyədə Demokratik qurumların fəaliyyəti” müzakirə olunub. Müzakirələrdən sonra Türkiyə 2004-cü ildəki kimi siyasi nəzarət altında olan ölkələrin siyahısına salınıb. 35 maddəlik tövsiyyədən ibarət bu qərarla Türkiyə nazərtdən çıxarılıb, yenidən nəzarətə alınan ilk Avropa ölkəsi kimi tarixə yazıldı.
AŞPA-da verilən bu qərara əsasən, Türkiyəylə əməkdaşlıq ancaq bu tövsiyyələr yerinə yetirilərsə, mümkün ola bilər. AŞPA-nın Türkiyə üzrə həmməruzçiləri, Estoniyalı millət vəkili Marianne Mikko və Norveçli millət vəkili İngebjorg Godskesen tərəfindən hazırlanan məruzədə Türkiyədə ötən il baş verən hərbi çevriliş cəhdindən sonra fövqaladə hal rejiminin uzadılması və bu rejim daxilində verilən qərarlar, demokratik inistitutların faəliyyəti tənqid edilib.(AzNews.az)




