"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan Putinin Avrasiya layihələrinə qoşulsa…

26 Aprel 2017 - 10:02
in SİYASƏT

Azərbaycan Putinin Avrasiya layihələrinə qoşulsa...Politoloq: “Rusiyanın Qarabağ məsələsində hər hansı şərtini qəbul etsək, Moskva növbəti şərtini irəli sürəcək”

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Azərbaycanın Avrasiya İqtisadi Birliyinə, Gömrük ittifaqına mümkün üzvlüyü məsələsi vaxtaşırı Rusiya ekspertlərinin, rəsmi şəxslərinin dili ilə gündəmə gətirilir. Prezident Vladimir Putinin təşəbbüsü ilə yaradılan Avrasiya İqtisadi Birliyinə üzv olmaq üçün Azərbaycana dəfələrlə müxtəlif formalarda, diplomatik, siyasi kanallarla təzyiqlər edilib.

Lakin bütün bunlara baxmayaraq Azərbaycan qeyd edilən birliklərə üzv olmağı qəbul etmir. Bəs Azərbaycan bu təşkilatlara üzv olarsa, ən böyük problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində xeyrimizə hər hansı dəyişikliyin baş verməsi mümkündürmü?

Mövzu ilə bağlı “Yeni Müsavat”a fikir bildirən politoloq Mübariz Əhmədoğlu hesab edir ki, bu kimi məsələlərin Azərbaycanda da müzakirəyə çıxarılması Rusiya ilə münasibətlərimizə kölgə salıb: “Bəlkə də bu, Rusiyada əlavə bir həvəs yaratdı. Onlar düşünürdülər ki, Dağlıq Qarabağ Azərbaycanındır və bu torpaqlar sahiblərinə qaytarılmalıdır. Ancaq bu kimi hallar yaşanınca onlar da hesab etdilər ki, Azərbaycan cəmiyyətində Avrasiya İqtisadi Birliyinə üzv olmağı istəyən qüvvələr var. Bu baxımdan, ortaya fikirlər atıldı ki, Azərbaycan bu ittifaqa üzv olsun, sonra Dağlıq Qarabağ məsələsi ilə məşğul olarıq. Real olan budur ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olmadan da Dağlıq Qarabağ məsələsini həll etmək gücündədir. Azərbaycanın bu məsələdə gücünün əsas hissəsini rəsmi Bakının, ölkə rəhbərinin şəxsən Rusiya istiqamətində apardığı siyasət təşkil edir. Moskvanın Qarabağ məsələsində hər hansı şərtini qəbul etsək, Rusiya növbəti bu dəfə tamamilə fərqli bir şərt irəli sürəcək. 2008-ci ildə Saakaşvili hakimiyyətə gəldikdən sonra Rusiya Azərbaycanın qarşısında şərt qoydu ki, Gürcüstanla bütün əlaqələr kəsilsin. Çünki Gürcüstanın əsas iqtisadi, həyat mənbəyi Azərbaycandır. Lakin biz Rusiyanın bu şərtini qəbul etmədik. Yaxşı, belə olduğu təqdirdə Rusiya bizimlə əbədi düşmən oldu? Xeyr, bir müddət sonra yenə münasibətlər normal vəziyyətə düşdü. İndi də Rusiya-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. Hazırda Azərbaycanla Rusiya arasında çox dinamik münasibətlər sistemi var. Təbii ki, burada həm problemlər, həm də həllini tapmış məsələlər mövcuddur”

Politoloq onu da qeyd etdi ki, məhz Azərbaycanın apardığı siyasət nəticəsində Rusiya bu gün ermənipərəst dövlət deyil: “Dağlıq Qarabağ münaqişəsi kontekstindən baxanda Rusiyanın, sadəcə olaraq, özünün marağı var. Rusiyanın son marağı isə birinci bu məsələ üzərində qurulub ki, onlar regionu silahlanma yarışına çevirsinlər. Eyni zamanda Ermənistanın və Azərbaycanın Moskvadakı diasporlarının pulunu Rusiya yeri gələndə öz pulu hesab edir. Deyir ki, Azərbaycan diasporu silah alıb Bakıya, Ermənistan diasporu da silah alıb, İrəvana göndərsin. Bu baxımdan, düşünmürəm ki, Rusiya konkret olaraq ermənilərə kömək edir. Onlar, sadəcə olaraq, öz maraqlarına xidmət edirlər. İkinci vacib məsələ də ondan ibarətdir ki, Rusiya Türkiyə amilini çox ciddi nəzərə alır. Azərbaycan cəmiyyətində Türkiyənin oynaya biləcəyi rol Rusiyada çox qorxulu ”yuxular” yaradır. Rusiya bu istiqamətdə də özü üçün müəyyən zəmanət əldə etmək istəyir. Bəlli olduğu kimi, Rusiya hazırda Yaxın Şərq istiqamətində mövqelərini gücləndirməyə çalışır. Onların Yaxın Şərq siyasətlərinin taleyi isə Türkiyə və İranla münasibətlərindən asılıdır. Rusiyanın bu iki ölkə ilə münasibətlərinin necə olacağının böyük bir hissəsi isə Azərbaycandan asılı olan məsələdir. Əgər Azərbaycan Rusiyaya qarşı neqativ münasibətdə olarsa, qısa müddət ərzində Türkiyə və İran da Kremlə qarşı çox kəskin mövqeyində dayanarlar. Ona görə də biz, söylədiyim bu “kozur”dan istifadə etməliyik. Bu məqam, sadalanan ittifaqlara üzvlükdən də çox üstün məsələdir. Nəzərə almalıyıq ki, Rusiya-Azərbaycan münasibətləri, dinamik, maraqlı və ziddiyyətli olsa da, Azərbaycanın da proseslərə müdaxilə etmək imkanı var. Fikir verək ki, Rusiya Ermənistana silah satdıqca, Azərbaycan silah almaq üçün digər ölkələrə üz tutur. Yəni Rusiyadan silah idxalını azaldır. Eyni zamanda Rusiyanın təyyarə zavodu açmaq kimi təkliflərini də qəbul etmirik. Bunlar Dağlıq Qarabağ münaqişəsi üzərindən silahlanma yarışı ilə bağlı qurulan planlara qarşı çıxmaq deməkdir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması Rusiya üçün də təhlükədir. Çünki münaqişə ərazisinin qonşuluğunda İran və onun tarixi maraqları var. Ən vacib məsələ odur ki, Ermənistan “ingilis bayrağı” kimi dövlətdir. Bir gün Qərbə, bir gün Rusiyaya qaçır. Rusiya da bunu yaxşı anlayır və zaman keçdikcə Avrasiya İqtisadi Birliyi ilə bağlı ortaya atılan şərtləri də neytrallaşdıracağıq”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dollar yenə bahalaşdı – Rəsmi məzənnə

Next Post

Qapıçıdan möhtəşəm qol – VİDEO

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Qapıçıdan möhtəşəm qol - VİDEO

“Azərbaycan modeli daha da inkişaf etdiriləcək” - Prezidentin köməkçisi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.