"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Qərb Rusiya ilə birbaşa toqquşmaya getməyəcək, amma”…

05 Sentyabr 2014 - 12:19
in MÖVQE

Elxan Şahinoğlu: “NATO bazaları Rusiyanın böyük şəhərlərinin bir neçə yüz kilometrliyində yerləşəcək və Kreml bunu həzm etmək məcburiyyətində qalacaq”

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

1Rusiyanın Ukraynada hərbi əməliyyatlara qatılması Qərblə münasibətləri daha da kəskinləşdirib. NATO-nun Rusiyanın Ukrayna siyasətinə qarşı cavab addımları planlaşdırdığı bildirilir. ABŞ dəniz qüvvələrinə məxsus 4 hərbi gəminin Qara dənizə göndərildiyi və Ukrayna ordusu ilə birgə təlimlərin başlaması ilə bağlı xəbərlər yayaılıb.

Ancaq ABŞ hökuməti bəyan edib ki, Rəsmi Vaşınqton Ukraynadakı vəziyyətlə əlaqədar Moskva ilə hərbi münaqişəyə girməyəcək. Bu barədə ABŞ-ın Müdafiə naziri Çak Hagel məlumat verib. Müdafiə naziri Rusiyanı Ukraynada gərginliyi artıran təhlükəli addımlar atmaqda günahlandırıb və bunun rəsmi Moskva üçün nəticəsiz qalmayacağını vurğulayıb.
Bununla belə Hagel qeyd edib ki, ABŞ Rusiya ilə müharibə aparmayacaq. O, ABŞ administrasiyasının Ukraynadakı vəziyyətlə əlaqədar seçdiyi yanaşmanı dəstəklədiyini bildirərək münaqişənin nizamlanmasında diplomatiyaya üstünlük verdiyini ifadə edib. Maraqlıdır ki, bu günlərdə Rusiya prezidenti Vladimir Putin ölkəsinin qarşıdurmalara sövq edilərsə, buna çox sərt cavab veriləcəyini bildirib. Sitat: “Ortaqlarımız hansı xarici siyasət yürüdürsə yürütsün, ancaq onu bilsinlər ki, bizimlə qarşıdurma onlara fəlakət gətirər”.
Mövzunu “Yeni Müsavat”a dəyərləndirən politoloq Elxan Şahinoğlu deyir ki, Qərb-Rusiya qarşıdurmasında Rusiya daha çox zərər çəkəcək: “Vladimir Putinin bugünkü siyasəti Rusiyanı geri atır. Bunu sadə riyazi hesablamalar da göstərir. Rusiyanın son hadisələrdən “qazancı” nə oldu? Putin Krımı Rusiyaya birləşdirdi, Ukraynada Dağlıq Qarabağa bənzər separatçı bölgə yaradaraq öz düşüncəsində Kiyevə təsir imkanı əldə etdi. İndi gəlin Rusiyanın real itkilərini hesablayaq. Putin Krımı işğal etdiyinə görə dünyanı soyuq müharibə dövrünə qaytardı, beynəlxalq aləmin ümid etdiyi demokratik və sabit Rusiya xülyası puça çıxdı, ABŞ və Avropa bu ölkə ilə çar dövrü və ya keçmiş SSRİ arasında bərabərlik işarəsi qoydular. Rusiya ən əsası qardaş adlandırdığı Ukraynanı birdəfəlik itirdi, heç bir ukraynalı ölkəsinin parçalanmasını Moskvaya bağışlamayacaq”.
Ekspert deyir ki, Rusiyanın addımları Ukraynanı Qərbə inteqrasiyanı daha da sürətləndirdi: “Ukraynanın Qərbin siyasi, iqtisadi və hərbi institutlarına inteqrasiyasından başqa alternativi qalmayıb. Ukrayna NATO yolunda ciddi irəliləyəcək. Digər tərəfdən NATO Baltikayanı ölkələrdə və Şərqi Avropada yeni hərbi bazaları yaradacaq. Kremlin ən çox qorxduğu başına gəldi. Rusiya rəsmiləri hər zaman “NATO Şərqə doğru irəliləyir” deyib, haray çəkirdilər. Qərb bir ara Rusiyanı çox da qıcıqlandırmamaq üçün bu siyasətində fasilə götürdü. Ancaq Ukraynanın işğalı Qərbin planlarını yenidən hərəkətə gətirdi.  Bundan sonra NATO bazaları Rusiyanın böyük şəhərlərinin bir neçə yüz kilometrliyində yerləşəcək və Kreml bunu həzm etmək məcburiyyətində qalacaq.  Buna qarşı Kreml uzaqbaşı Belarus və ya Krımda nüvə raketləri yerləşdirəcək ki, bunun da ciddi əhəmiyyəti olmayacaq. Hələ heç bilmək olmaz, Belarus prezidenti Lukaşenko ölkəsində Rusiyanın yeni hərbi bazalarının yerləşdirilməsinə razı olacaq, ya yox?”
E.Şahinoğlu deyir ki, Rusiya ilə Qərb arasında birbaşa hərbi konfrontasiya baş verməsə də, Moskvaya şiddətli təzyiqlər olacaq: “Əlbəttə, Qərb Ukraynaya görə Rusiya ilə savaşmayacaq. Böyük müharibənin olacağını ehtimal etmirəm. Ancaq Qərbdə artıq düyməyə basılıb. Necə ki, vaxtilə Qərbin beyin mərkəzləri və siyasi dairələri dayanmadan SSRİ-ni çökdürmək üçün çalışırdılar və enerjilərini buna yönəltmişdilər, indi də eyni proses başlayacaq. Qərbdə anladılar ki, Rusiyanın inkişafı, maliyyə imkanlarının artımı bu ölkənin sabit siyasətinə xidmət etmir, tam əksinə Moskvanın iştahasını artırır, Kremli yeni ekspansiyalara həvəsləndirir. Demək, Rusiyanı zəiflətmənin yolu bu dövlətin daxildən parçalanmasına və maliyyə imkanlarının məhdudlaşdırılmasından keçir. Rusiyanın maliyyə potensialı neft və qazın satışı üzərində qurulub. Bu sahələrdə problem olarsa, Rusiya iqtisadiyyatı çökəcək. Ona görə də yaxın perspektivdə Rusiyanı bu iki sahədə problem gözləyəcək. Bu problemi isə ona Qərb yaradacaq”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dəhşətli virus xəstənin ağzını, qolunu və ayaqlarını yedi – FOTOLAR

Next Post

Hafkanın “Şeffild Uensdey”dən əli çıxdı

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post

Hafkanın "Şeffild Uensdey"dən əli çıxdı

Adolf Hitlerlə bağlı ŞOK İDDİA

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.