"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

MSK partiyalarla bağlı geniş araşdırmalara başladı

28 Aprel 2017 - 14:46
in CƏMİYYƏT

MSK partiyalarla bağlı geniş araşdırmalara başladı

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bu il ötən illərlə müqayisədə daha az siyasi partiyanın maliyyə hesabatını  təqdim etməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda siyasi partiyalarla bağlı geniş araşdırmaya başlayıb.

Elchi.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında MSK sədrinin müavini Natiq Məmmədov bildirib.

N. Məmmədov deyib ki, MSK partiyaların maliyyə hesabatlarını təqdim etməsində qeydə alınan mənfi tendensiyanın kökündə nə durduğunu araşdırır: “Yaranmış vəziyyət Azərbaycanda 20 ildən artıq müddətdə partiya quruculuğu məsələlərinin detallı araşdırılması zərurətini ortaya qoyub. Maliyyə hesabatlarının təqdim edilməməsi ilə bağlı inzibati tədbir görmək birtərəfli və düzgün olmaz. Əsaslı araşdırma aparandan, problemin səbəblərini müəyyən edəndən sonra müvafiq addımlar atmaq olar. Yəni, tək maliyyə hesabatlarının keyfiyyəti yox, o cümlədən partiya quruculuğu, rəhbər qurumların səlahiyyət məsələləri, partiyalarda qanunvericiliyin tələblərinin nə dərəcədə yerinə yetirildiyi araşdırılmalıdır. Məsələn, bir çox partiyada sədrlər dünyasını dəyişib, təşkilatçılıq problemləri var. Hərtərəfli araşdırmadan sonra müvafiq addımlar atılacaq. Artıq hərtərəfli, geniş araşdırma başlayıb”.

MSK sədrinin müavini paralel olaraq, partiyaların maliyyə hesabatlarını təqdim etməsinin asanlaşdırılması yollarının da axtarıldığını nəzərə çatdırıb: “Bir məqamı da qeyd edim ki, MSK maliyyə hesabatları ilə bağlı partiyaların maarifləndirilməsi tədbirləri keçirir. Ancaq öncə də qeyd etdiyim kimi, bir çox halda maliyyə hesabatları ilə əlaqədar problemlər partiyadaxili məsələlərə söykənir”.

Qeyd edək ki, Azərbaycanda 55 siyasi partiya qeydiyyatdan keçib. Qanunvericiliyə əsasən, partiyalar hər il aprelin 1-ə qədər ötən ilin maliyyə hesabatlarını MSK-ya təqdim etməlidir. Bu il keçən il üzrə maliyyə hesabatını cəmi 44 partiya təqdim edib. Maliyyə hesabatlarının MSK-ya təqdim olunmağa başladığı 2015-ci il, o cümlədən 2016-cı ildə 51 partiya MSK-ya maliyyə hesabatını təqdim edib. Bu il 11 partiya – Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Milli Demokrat İdrak Partiyası, Azərbaycan Kəndli Partiyası, Vahid Azərbaycan Partiyası, Müstəqil Azərbaycan Partiyası, Milli Qurtuluş Partiyası,  Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası və Azərbaycan Tərəqqi Partiyası hələ də maliyyə hesabatını təqdim etməyib.

Xatırladaq ki, bu il keçən il üzrə maliyyə hesabatlarını təqdim etməyən partiyalardan 3-ü ötən 2 il ərzində də MSK-ya hesabat təqdim etməyib. Bunlar Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Vətənpərvərlər Partiyasıdır. Azərbaycan Demokratik Sahibkarlar Partiyası isə 2015-ci il üzrə maliyyə hesabatını təqdim etməyib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dünya liderləri nə qədər aylıq məvacib alırlar?- Məbləğ+Siyahı

Next Post

Erməni ordusu Xocavənd-Füzuli istiqamətində raket atdı – FOTOLAR

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Erməni ordusu Xocavənd-Füzuli istiqamətində raket atdı - FOTOLAR

Yevlaxda piyada sürücünü belə cəzalandırdı – VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.