Tələbələr təhsil haqlarını elektron qaydada ödəyə biləcəklər

>

Ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələrin ödənişlərinin Hökumət Ödəniş Portalı vasitəsi ilə qəbul edilməsi üçün proqram təminatı hazırlanıb.

Bunu da oxuyun

Trend-in məlumatına görə, hazırda Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün müraciətin və sənədlərin qəbulu, imtahan nəticələri haqqında məlumatın verilməsi, təhsil müəssisələrinin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciətin və sənədlərin qəbulu, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsinin (nostrifikasiyası), təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması, şagirdlərin təhsildə qazandıqları cari nailiyyətləri əks etdirən məlumatların verilməsi elektron xidmətlər vasitəsilə həyata keçirilir.

Bundan əlavə, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması” üzrə proqram təminatının təkmilləşdirilməsi tamamlanıb.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728