Ohanyan qorxur ki, Samvel Babayanın taleyi onu da gözləyir
Ermənistanın keçmiş müdafiə naziri, “Ohanyan-Raffi-Oskanyan” blokunun liderlərindən biri Seyran Ohanyan Rusiyaya qaçıb.
İstiPress-in məlumatına görə, bu barədə “Jamanak” erməni qəzeti xəbər yayıb.
Məlumata görə, S.Ohanyan aprelin 2-də keçirilən parlament seçkilərindən sonra Moskvaya gedib.
Bildirilir ki, keçmiş müdafiə naziri Ermənistana qayıtmaq istəmir. O, hökumət tərəfindən təqib edildiyinə görə ehtiyat edir.
“Ohanyan qorxur ki, Samvel Babayanın taleyi onu da gözləyir”, – deyə qeyd olunur.



