
Bəzən həyatın elə bir anı gələ bilir ki, insan hər şeyden bezib rahat, mistik, gözəl mənzərəli bir yerdə dincəlmək istəyir. Aşağıdakı siyahını tam olaraq bu rahatlığı axtaranlar üçün tərtib etdik.
Müqəddəs Vadi, Peru
Kuskonun şimalında yerləşən Müqəddəs Vadi Maçu Picçu şəhərinə doğru uzanır. Burada bir neçə gün keçirdikdən sonra And dağlarının qarlı təpələrinin sərinliyi və təmiz havasını dərindən hiss edəcəksiniz.
Faroe adaları, Danimarka
Faroe Adalarından şimal işıqlarını seyr etmək insana özünü nağıllardakı kimi xoşbəxt hiss etdirir. İslandiya və Norveç arasında yerləşən bu 18 adanın sərt qaydalarına hazırsınızsa, burada sizi sehirli bir atmosfer gözləyir deməkdi.
Ubud, İndoneziya
Asiyanın mistik təbiətini qoruyan Bali adasında yerləşən Ubud bölgəsi masaj, spa və aromaterapeya ilə dincələ, beyninizin bütün mənfi düşüncələrdən xilas olmaq üçün lazımi istirahət və mühitə sahib olmasına nail ola bilərsiniz.
Kapadokiya, Türkiyə
Uzağa getməyi sevməyənlər üçün rahatlığı daha yaxında axtaranlar üçün Nevşehrin Kapadokya bölgəsi peşman olmayacaqları bir seçimdir. Şəhərin tarixiliyi, yeraltı bölgələri, üzüm bağlarından əldə edilən illik şərablar və adrenalin dolu hava şarları burada əvəzolunmaz vaxt keçirmənizi təmin edəcək.
Lüksemburq
Şəhər həyatından istirahətində belə keçə bilməyənlər üçün bu şəhər əvəzolunmaz seçimdir. Belə ki, burada daim keçirilən cazz festivalları, klassik və yerli musiqi konsertləri sayəsində ruhunuzu qidalandıra bilərsiniz.



