Leyla Əliyeva Bakı Şopinq Festivalından danışdı

>

Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Bakı Şopinq Festivalı haqqında danışıb.

Bunu da oxuyun

Festivalın mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, L.Əliyeva deyib ki, festival çox gözəl keçir.
“Mən bilirəm ki, festival çox gözəl keçir və ümid edirəm iştirak etmək imkanım olacaq” – deyə, o, Eurasiadiary.com saytına müsahibəsində bildirib.

Onun fikrincə, bu cür tədbirlərin keçirilməsi turizmin inkişafına müsbət təsir göstərir: “Ümid edirəm ki, Bakı Şopinq Festival kimi tədbirlər Azərbaycana turist axınına səbəb olacaq”.

Qeyd edək ki, Bakı Şopinq Festivalı mayın 10-da başa çatacaq.

Elchi.az

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728