“Porsche” ilə qəzaya düşüb ölən polis zabitinin – Fotosu

>

Mayın 6-da gecə saatlarında Tovuzda baş vermiş dəhşətli qəzada ölən polis zabitinin fotoları yayılıb.

Bunu da oxuyun

Elchi.az lent.az-a istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşı olan Qəhrəmanov Zakir Şakir oğlunun idarə etdiyi “Porsche” Tovuzun mərkəzindəki Heydər Əliyev prospektində divara çırpılması nəticəsində o, hadisə yerindəcə vəfat edib. Məlum olub ki, əslən Tovuzdan olan Z.Qəhrəmanov rayona toy məclisinə gedibmiş.
Qeyd edək ki, hadisə vaxtı avtomobildə olan Tovuz Rayon Polis Şöbəsinin Qovlar polis bölməsinin əməkdaşı, Alakol kənd sakini, 1985-ci il təvəllüdlü Nurxan Əmirxan oğlu Hüseynov və Alakol kənd sakini, 1990-cu il təvəllüdlü Fətullayev Azad Ramiz oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Qəzada dünyasını dəyişən Zakir Qəhrəmanov “Nərgiz” klinikasının baş həkimi Məlahət Qəhrəmanovanın oğludur.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728