"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ruslar Qarabağda Azərbaycana qarşı döyüşəcək

09 May 2017 - 10:42
in SİYASƏT

Rusiya tanklarıBakı Moskva qarşısında bir sıra öhdəliklərdən azad olunur

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) erməni general Andranik Makaryanın rus qoşunlarını Qarabağa yeridəcəyi barədə açıqlamasına ciddi reaksiya verməlidir.

İstiPress-ə bu barədə Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, polkovnik leytanant Üzeyir Cəfərov bildirib.

“Andranik Makaryan Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşmasının rəhbəridir. Vaxtilə, bu qoşun birləşməsi yaradılanda biz etiraz bildirməliydik. Amma Azərbaycan XİN həmin vaxt susdu. Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası Moskvanın bu regiondakı maraqlarını tam təmin edirdi, üstəlik Ermənistanın təhlükəsizliyini də təmin edirdi. Onu erməni generalın rəhbərliyi altına salmağın nə mənası vardı?” – deyə Üzeyir Cəfərov vurğulayıb.

Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşması 30 noyabr 2016-cı il tarixdə bağlanmış Rusiya – Ermənistan müqaviləsi əsasında yaradılıb. Qruplaşmaya Ermənistanda dislokasiya edən Rusiya hərbi bazası və Ermənistan Silahlı Qüvvələrinin 5-ci korpusu daxil edilib.

Qarabağ üçün islam döyüşçüləri

“Aysor.am” saytının yazdığına görə, qruplaşmanın rəhbəri general-mayor Andranik Makaryan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, onu vəzifəyə Ermənistan ali baş komandanı təyin edib:

“Birləşmiş qoşun qruplaşmasının komandanı Ermənistan Silahlı Qüvvələrinin fərmanı ilə və Rusiya Silahlı Qüvvələrinin baş komandanının razılaşması ilə təyin edilir və işdən azad edilir”.

Ermənistandakı Rusiya hərbi bazasına yerləşdirilmiş raketlərin təsir dairəsi

Ermənistandakı Rusiya hərbi bazasına yerləşdirilmiş raketlərin təsir dairəsi

Makaryan bildirib ki, onun rəhbərlik etdiyi qruplaşma, o cümlədən Ermənistandakı Rusiya hərbi bazası yalnız Ermənistan Silahlı Qüvvələrinin ali baş komandanının əmri ilə hərəkət edəcək:

“Sazişdə belə yazılıb. Qruplaşma Ermənistan sərhədlərinin, regionun təhlükəsizliyinin təmini üçün nəzərdə tutulub”.

Erməni general Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşmasının Rusiyanın göstərişini gözləmədən Qarabağ münaqişəsi zonasına aparıla biləcəyini də vurğulayıb. Erməni jurnalistlər məsələni dəqiqləşdirmək üçün sual veriblər:

“Sizə Vladimir Putin (Azərbaycana) hücum etməmək əmri verə bilərmi?”. Andranik Makaryanın cavabı qısa olub: “Yox, verə bilməz”.

Ermənistandan Bakıya atom bombası hədəsi

Göründüyü kimi, generalın dediyindən belə çıxır ki, Rusiyanın Ermənistandakı hərbi bazası əslində Rusiyanın öz vəsaitləri və insan resursları hesabına Ermənistan üçün yaratdığı və təchiz etdiyi ordu deməkdir. Həmin ordu Qarabağ münaqişəsinə müdaxilə edərsə, hüquqi dildə bu, Rusiyanın Ermənistan tərəfindən Azərbaycana müharibə etməsi deməkdir.

Məhz buna görə,  Üzeyir Cəfərov Azərbaycan XİN-in məsələni Rusiya ilə dəqiqləşdirməsini vacib sayır: “Bu yalandırsa, erməni general cəzalandırılmalıdır.  Əgər doğrudursa, Azərbaycan Rusiyadan izahat tələb etməlidir”.

Əgər Andranik Makaryanın dediyi doğrudursa, bu, Azərbaycanı Rusiya qarşısında bir sıra öhdəliklərdən də xilas edir. Yəni, sabah Ermənistandakı 102-ci hərbi bazanın təyyarələri Azərbaycan hava məkanını pozarsa, rəsmi Bakı rahatlıqla onları vurmaq barədə əmr verə bilər. Çünki onlar artıq Ermənistana məxsus təyyarələr sayılır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qarabağda 3 erməni hərbçi öldü

Next Post

Atəşkəs pozulub- 117 dəfə

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Atəşkəs pozulub- 117 dəfə

Bu gün Çempionlar Liqasının ilk finalçısı məlum olacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.