Bu gün Çempionlar Liqasının ilk finalçısı məlum olacaq

>

Bu gün Çempionlar Liqasında yarımfinalın cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk finalçının adına Turində aydınlıq gələcək

Bunu da oxuyun

AzNews.az “apa”-ya istinadən xəbər verir ki, səfərdə “Monako” üzərində 2:0 hesablı qələbə qazanmış “Yuventus” doğma azarkeşlər önündə əlinə düşən fürsətdən yararlanmağa çalışacaq. Bu mövsüm Çempionlar Liqasında məğlub olmayan və 6 oyundur qapısından qol buraxmayan Kontenin yetirmələri gənc oyunçulardan formalaşmış rəqibinə təcrübə və səviyyənin fərqini başa salmağa çalışacaq.

“Monako” da cari mövsümdə əla formadadı. “Knyazlıq klubu” Liqa 1-in XXXVI turunda səfərdə “Nansi”dən güclü olub – 3:0. Əsasən hücum oyunçularına güvənən fransızları müdafiəsi ilə dünyada məşhur olan italiyalılara qarşı bu dəfə o qədər də şanslı saymaq olmaz.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi, cavab oyunu

9 may

22:45. “Yuventus” (İtaliya) – “Monako” (Fransa)

Baş hakim: Byörn Kuypers (Hollandiya)

İlk oyun – 2:0

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728