"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İlham Əliyev mühüm qanunu təsdiqlədi

11 May 2017 - 18:52
in İQTİSADİYYAT

Prezident İlham Əliyev “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə SOCAR Umid Oil and Gas Limited şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” SOCAR Umid Oil and Gas Limited şirkəti ilə Umid, Babək Eksploreyşn end Prodakşn şirkəti arasında Müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunu təsdiqləyib.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Sənəddə bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” 2016-cı il 2 may tarixli 2024 nömrəli sərəncamına uyğun olaraq, 2017-ci il yanvarın 12-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (“SOCAR”) və SOCAR Umid Oil and Gas Limited (“SOCAR Umid”) şirkəti arasında Risk Xidmət Sazişi, SOCAR Umid Oil and Gas Limited (“SOCAR Umid”) şirkəti və Umid, Babək Eksploreyşn end Prodakşn (“Podratçı”) şirkəti arasında isə neft-qaz əməliyyatlarının aparılması haqqında müqavilə bağlanıb.

Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən qərara alır:

1. “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə SOCAR Umid Oil and Gas Limited şirkəti arasında Risk Xidmət Sazişi (bundan sonra – Saziş) və ona əlavə olunmuş “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” SOCAR Umid Oil and Gas Limited şirkəti ilə Umid, Babək Eksploreyşn end Prodakşn şirkəti arasında Müqavilə (bundan sonra – Müqavilə) qəbul və təsdiq edilsin, onların həyata keçirilməsinə icazə verilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 3 fevral tarixli 26 nömrəli qərarı ilə Sazişə verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri (bundan sonra – Hökumət təminatı) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.

3. Sazişin əsas mətninə edilmiş 5 (beş) və Müqavilənin əsas mətninə edilmiş 9 (doqquz) Əlavə (bundan sonra – Əlavələr) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.

4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Müqavilə, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə və Müqavilədə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Müqavilə, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Müqaviləyə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.

5. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə və Müqavilədə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Müqavilənin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin və Müqavilənin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

6. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişin və Müqavilənin tərəflərinin (və ya onun hüquq varislərinin) Saziş, Müqavilə, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər həmin tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.

7. Sazişdən və Müqavilədən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin və Müqavilənin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.

8. Sazişə, Müqaviləyə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin, Müqavilənin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bülbülün 120 illik yubileyi keçiriləcək – SƏRƏNCAM

Next Post

Ev alana yaşamaq icazəsi verən ölkələr

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Ev alana yaşamaq icazəsi verən ölkələr

İslam oyunlarına aparan express avtobuslara haradan minək? - FOTOLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.