"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Putin Ştirlisdən örnək alıbmı…

14 May 2017 - 15:42
in MARAQLI, XƏBƏR LENTİ

Qərblilərin nəsilləri Ceyms Bond filmləri ilə böyüdüyü kimi, sovet vətəndaşlarının da öz qəhrəman casusu vardı. Bu, müharibə illərində düşmənin yuvasında mübarizə aparan və qondarma adı Max Otto von Stierlitz olan sovet casusu idi. Ştirlis kimi bir agent Vladimir Putini də asanlıqla DTK-ya işə cəlb edə bilərdi.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Buna baxmayaraq, SSRİ-nin Ceyms Bonda cavabı tamamilə fərqli bir agent idi. Onun qadcetlər və qadınlar üçün vaxtı yoxdu. O bütün həyatını İkinci Dünya Müharibəsi illərində Berlində, sıralarına daxil ola bildiyi alman ali komadanlığındakı işinə həsr etmişdi.Ştirlis 12 seriyalı “Baharln 17 anı” filminin baş qəhrəmanı idi. Bu filmi sovet televiziyası hər il 9 may bayramı ərəfəsində ekrana buraxardı.

1973-cü ildəki ilk yayına 50-80 milyon arasında tamaşaçı baxmışdı. “Hər axşam küçələr boşalardı, çünki adamlar növbəti seriyaya baxmaq, daha sonra nələrin baş verdiyini bilmək üçün evlərinə qaçardılar” – bu filmdəki ulduzlardan biri Eleonora Şaşkova deyir.

Həyəcanlı dramatizmindən başqa, bir də bu filmin mükəmməl Soyuq müharibə süjeti vardı. Ştirlis 1945-ci ildə nasistlərlə amerikalılar arasında separate danışıqlara əngəl yaradırdı. Lakin filmin başqa gizli məqsədi də vardı. “Film bizim ölkəmizdə böyük hörmətə malik sovet agentlərinin mühümlüyünü göstərirdi. Bu post-müharibə nəslinə vətənpərvərlik hissləri aşılayırdı” – aktrisa deyir.

Əslində bu filmin sifarişini o vaxtkı DTK rəhbəri Yuri Andropov vermişdi. Bu, xidmətlərə gənc, təhsilli səfərbərlərin cəlb olunması üçün PR kampaniyası idi. Andropov filmin seriyaları efirə verilməzdən əvvəl onlara bir-bir baxırdı. Filmin çəkilişinə onun müavini nəzarət etmişdi. Bu filmin titrlərində başqa soyadları ilə gedən iki DTK əməliyyatçısı məsləhətçi idi.

Vladimir Putin onu casus olmağa məhz Ştirlisin ilhamlandırması barədə bu vaxtadək heç nə deməyib. Lakin film ekranlara çıxanda onun 21 yaşı vardı və bundan iki il sonra o DTK-da işləməyə başlayacaqdı.Öz zəmanəsində Putin də Ştirlis kimi Almaniyaya göndərilmişdi.

Əgər Bond patoloji içəndirsə, Ştirlis lap Putin kimi bunun tam əksidir.Bütün film boyunca o təkdir, qəhvə içir, siqaret çəkir və fikirli-fikirli pəncərədən baxır. Hərçənd 1963-cü ildə SSRİ-yə qaçaq düşmüş Britaniya casusu Kim Filbi deyirdi ki, bu qədər fikirli görünən agentin ifşası çox çəkməzdi.

1991-ci ildə Putin artıq DTK-dan getmişdi və Sankt Peterburq merinin ofisində çalışırdı.O, özünün casus olduğunu ilk dəfə bir sənədli televizya verilişində etiraf etmişdi. Bu filmdə “Baharın 17 anı” filmindən də kadrlar vardı. Bu verilişdə lap elə Ştirlisin öz maşınında Berlinə getdiyi kimi Putin də özünün sovet “Volga” avtomobilini sürürdü, amma kadr arxasında “Baharın 17 anı” filiminin əsas musiqisi səslənirdi. Bu sənədli filmdə Rusiyanın gələcək prezidenti narahatlıqla deyirdi ki, “müəyyən müddətdən sonra ölkəmizin totalitarlığa dönüşünün təhlükəsi var”.

O belə davam edirdi: “Amma təhlükə hüquq-mühafizə orqanlarından, hətta ordudan da qaynaqlanmır. Təhlükə bizim öz mentalitetimizdədir. Biz hamımız düşünürük, lap mənim özüm də bəzən düşünürəm ki, dəmir yumruq qanun-qaydasını qaytarsaq həyat daha rahat, daha asan və təhlükəsiz olar. Amma reallıqda bu rahatlıq uzun sürməyəcək: Həmin dəmir yumruq axırda hamımızın başını əzəcək”.

Əlbəttə, 1990-cı illərin sonlarında rusiaylıların çoxu qanun və qaydanın, bəziləri isə hətta dəmir yumruğun xiffətini çəkməyə başlamışdı. Rəy soruğularına görə rusların əksəriyyəti növbəti prezidentin gənc, milliyyətcə rus, xüsusi xidmətlərin keçmiş agenti və spirtli içki içməyən birisi olmasını istəyirdi.

“Liberallara etimadını itirən ölkə öz Ştirlisini axtarırıdı” – “Economist” məcmuəsinin Rusiya və Şərqi Avropa redaktoru Arkadi Ostrovski, özünün “Rusiyanın icad edilməsi” kitabında yazır.O yada salır ki, “Kommersant” qəzeti bir rəy sorğusu sifariş etmişdi. Bu rəy sorğusunda rusiyalılardan soruşulurdu ki, kino qəhrəmanlarından kimi gələcək prezidentləri kimi görmək istəyirlər.Ştirlis ikinci yeri tutmuşdu.

Birinci yerdə müharibə illərində Sovet İttifaqının marşalı olmuş Jukov idi. Amma qəzetin həftəlik əlavəsi olan jurnalın üz qabığında Ştirlisin portreti verilmiş və yazılmışdı: “Prezident-2000”.Və elə 2000-ci ildə bir müddət prezident əvəzi olan Putin bu posta seçilmişdi. Chris Bowlby (Mart, 2015) yazır ki, bu gün Vladimir Putini başa düşmək istəyən hər bir kəs onun başına 25 il əvvəlin dramatik gecəsində Şərqi Almaniyada nə gəldiyini bilməlidir.

Eleonora Şaşkova “Baharın 17 anı” filmində Ştirlisin arvadını oynayır. Bu iki obraz filmdə yalnız bir dəfə görüşür. Casusun arvadını Rusiyadan Berlinə aparırlar. O kafeyə başqa bir kişi ilə gəlir.Ştirlis artıq başqa bir masanın arxasında oturub və iki obraz yalnız ara-sıra, oğrun-oğrun baxışırlar. Onların baxışlarında uzun həsrətin izləri var.Tamaşaçı həm casusun, həm də qadının gözlərini görür. Bir neçə dəqiqədən sonra qadın qalxaraq kafeni tərk edir. İki obraz beləcə ayrılır.

Özünün 70 illik yubileyində, 2007-ci ildə, artıq Putin erasında Şaşkova sovet kinosunun tarixində görünməmiş xüsusi mükafatla təltif olunmuşdu.Ona Rusiyanın məxfi xidmətindən təşəkkür hədiyyəsi vermişdilər.Xarici kəşfiyyatçının arvadını oynadığına görə. (BBC-nin xülasəsi)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Fransada birliyə nail olmağa çalışacaq

Next Post

Putin Ştirlisdən örnək alıbmı…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Putin Ştirlisdən örnək alıbmı...

"ABŞ nazirinə dedim ki, bu, sizə yaraşmır, o isə..."

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.