Bu gün İslamiadada kişi və qadınlardan ibarət cüdo komandaları yarışacaq.
Elchi.az xəbər verir ki, yığmamızın da təmsil olunduğu bu komandalar arasında yarış saat 10:00-da başlayacaq. Final mərhələsinin görüşləri isə saat 15:33-dən 18:32-dək davam edəcək.
***
Kişi cüdoçularımızdan ibarət komanda Qırğızıstan komandası ilə mübarizədə 5:0 hesabı ilə qalib gəlib. Qadın cüdoçularımızdan ibarət komanda isə Özbəkistan komandası ilə mübarizədə 3:2 hesabı ilə qalib gəlib.




