
Bakı Nəqliyyat Agentliyindən Elchi.az-a verilən məlumata görə, qurum tərəfindən təşkil edilən bu xidmətin məqsədi rahatlığı təmin etməkdir. Bunun üçün mayın 18-də Bakı Nəqliyyat Agentliyinin ayırdığı 15 nəqliyyat vasitəsi müntəzəm olaraq metronun “Koroğlu” stansiyasının qarşısından “Dalğa Arena”ya, eləcə də əks istiqamətdə hərəkət edəcək. Həmçinin, yarışları izləmək üçün çox sayda tamaşaçı axınını nəzərə alaraq, metronun “Neftçilər” stansiyasından “Dalğa Arena” (Dəniz yolu) istiqamətində hərəkət edən 141 nömrəli marşrut xəttindəki avtobusların sayı tamaşaçı, sərnişin axınına uyğun olaraq artırılacaq.



