"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda itkin düşən uşaqla bağlı ŞOK TƏFƏRRÜAT

17 May 2017 - 14:26
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bakıda itkin düşən uşaqla bağlı ŞOK TƏFƏRRÜAT

Bakı şəhərində itkin düşən 6-cı sinif şagirdi 11 yaşlı Amil Dadaşovla bağlı yeni məlumatlar bəlli olub. Bu məlumatları itkin düşən uşağın bibisi Sevinc Süleymanova verib.

S.Süleymanovanın sözlərinə görə, Respublika Olimpiya İdman Liseyində oxuyan Amil mayın 12-də dərsə getmək adı ilə evdən çıxıb və o gündən ondan xəbər yoxdur.

Həmin gün məktəbə də getməyən Amilin axtarışları üçün Yasamal rayon 29-cu polis bölməsinə müraciət edilib. Axtarışlar hələ bir nəticə vermir.

S.Süleymanova bildirib ki, Amil 3 aylıq olanda anası onu atıb Rusiyaya gedib: “Anası gedəndən sonra qardaşım evləndi, Amili isə anam öz himayəsinə götürdü. 11 yaşına kimi onu anam böyüdüb. Anam rəhmətə gedəndən sonra bu uşaqda problemlər oldu. Çox dələduz, nadinc uşaqdır. Qardaşıma dedim ki, saxlaya bilmirsənsə, uşaq evinə ver. Dərslərini də yaxşı oxumurdu. 5-ci gün də onu məktəbə ögey anası yola salıb. Ögey anası ilə də heç bir problemi olmayıb. O, yaxşı qadındır”.

Amilin bibisi onu da qeyd edib ki, uşağın Mərdəkanda meyitinin tapılması ilə bağlı məlumatlar yayılıb: “Deyilənə görə, Mərdəkanda uşaqlarla mübahisəsi düşüb. Oradan meyiti tapılıb. Polislər isə məlumatı təsdiqləmədi. Hələ də gözləyirik”.

Əməkdaşımız Respublika Olimpiya İdman Liseyi ilə də əlaqə saxladı. Liseyin dərs hissə müdiri Qədir Mehdiyev bildirib ki, Amillin dərsə davamiyyəti artıq mart ayından zəifləməyə başlayıb:

“Martın 28-dən aprelin 8-ə kimi dərsə gəlmədi. Sinif rəhbəri valideyninə müraciət etdi. Danışıqlar apardıq, amma nəticə çıxaran olmadı. Amil özü də çox nadinc şagirddir. Axırıncı dəfə mayın 8-i dərsə gəlib. Bizim liseydə idman dərslərinə davamiyyət və müvəffəqiyyət əsas götürülür. Amil də idman dərslərindən 2 alır və məşq müəllimi də ondan şikayətçidir. Ona görə, tədris ilinin sonunu gözləyirik ki, Amilin məsələsini Pedaqoji Şurada müzakirəyə çıxaraq və məktəbdən xaric edək. Təlimata əsasən belə bir hüququmuz var”. (lent.az)

***

Bakıda 12 yaşlı uşaq itkin düşüb.

Azyaşlının yaxınlarının Trend-ə verdiyi məlumata görə, 2005-ci il təvəllüdlü Dadaşov Amil Zaur oğlu Yasamal rayonundan Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Bakıxanov İdman Liseyinə gedərkən itkin düşüb: “Mayın 12-də səhər saatlarında Amil anası ilə birlikdə yaşadıqları Yasamal rayonu, II Alatava, ev 2/9 ünvanından çıxıb.

Anası onu metronun “20 yanvar” stansiyası yaxınlığından Bakıxanov istiqamətinə gedən marşrutla liseyə yola salıb. Lakin uşaq həmin liseyə getməyib. Azyaşlının hara getməsi barədə məlumat yoxdur. Liseydən bildiriblər ki, uşaq həmin gün dərsə gəlməyib. 3 günlük axtarışlar nəticəsiz qaldığından mayın 15-də valideynləri bu barədə Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə müraciət ediblər. Hazırda polis də axtarışları davam etdirməsinə baxmayaraq itkin düşən 6-cı sinif şagirdindən heç bir xəbər yoxdur”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İslamiada iştirakçısından təəccüləndirən görüntü -VİDEO

Next Post

Azərbaycanda bir evdən 50 min manat və 20 min dollar oğurlandı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Azərbaycanda bir evdən 50 min manat və 20 min dollar oğurlandı

Azərbaycan əhalisinin sayı açıqlandı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.