Müəllimlərin imtahanında ürəyi gedənlər oldu

>

Bu gün Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda yerləşən Zəngilan, Xocavənd, Cəbrayıl, Xocalı, Kəlbəcər, Ağdam, Füzuli və Laçın rayonlarının ümumi təhsil müəssisələrinin müəllimləri diaqnostik qiymətləndirilmədən keçiblər.

Bunu da oxuyun

Əldə etdiyimiz məlumata görə, imtahana gələn müəllimlər arasında ürəyi gedənlər olub.

Diaqnostik qiymətləndirilmədə iştirak etmiş Günel adlı müəllimə Modern.az saytına ürəyi gedən təhsil işçiləri ilə bağlı xəbəri təsdiqləyib.

“Bu gün Memarlıq və İnşaat Universitetində imtahan verdim. Bizim imtahanda bir müəllimin ürəyi getmişdi. Təcili yardım çağırdılar. Sonra ürəyi gedən müəllim imtahanda oturdu. Ondan başqa, bir neçə müəllimin də halı dəyişdi. Su gətirdilər. Bir müəllim onurğasından əməliyyat olunmuşdu deyə, halı pisləşdi. 67 yaşı vardı. Otura bilmirdi. Biz içəri keçəndə çantalarımızı yoxladılar. Kişi müəllimlərin telefonlarını söndürüb stolun üstünə qoydular. Çünki kişilərin çantası olmur. Amma imtahanın şəffaf keçdiyini deyə bilərəm. Köçürmə halları yox idi”.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728