Ərindən boşanan qadın özünü oğlunun kəməri ilə asdı

>

Xaçmaz rayonunda 34 yaşlı qadın intihar edib.

Bunu da oxuyun

“Report”un Şimal bürosunun məlumatına göər, hadisə Xaçmaz şəhərinin Qələbə küçəsi -7 ünvanında baş verib.

Belə ki, həmin ünvanda yaşayan 34 yaşlı Kəmalə Sərdar qızı Tağıyeva özünü yaşadığı evin qapısında oğlunun idman kəmərilə asıb.

Xaçmaz prokurorluğundan bildirib ki, qadının iki övladı olub. O, psixi durumu ilə bağlı həyat yoldaşından ayrılaraq ata evinə qayıtmışdı.

Hüquq-mühafizə orqanları hadisə yerində olub, meyit tibbi ekspertizadan keçirilib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda CM-nin 125 -ci maddəsilə cinayət işi açılıb.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728