"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Anam və bacılarımın göz yaşlarını unuda bilmirəm”- Cümhuriyyət fədaisinin faciəsi

28 May 2017 - 18:18
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq


O, 1891-ci il, fevralın 3-də Şuşada anadan olub və ilk təhsilini də orada alıb. Daha sonra  Bakıdakı “Realnı məktəb”də oxuyub. Sonra Peterburq və Sorbonnada ali təhsilini davam etdirib. Ən son oxuduğu universitet isə Parisdəki Ali Politexnik məktəbi olub. Bütün bunlardan sonra isə ən çox mətbuata önəm verib. Bir çox mətbuu orqanlarda –“Kaspi”, “Proqress”, “Azərbaycan”, “İrşad”, “Tərəqqi” kimi qəzetlərdə çalışıb. Mədəni-maarif sahəsində də bir çox işlər görüb. Hətta qardaşı Üzeyir bəyin “Leyli və Məcnun” operasında Nofəl rolunda çıxış edib.
Bu gün 28 May- Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümüdür. Cümhuriyyət  şanlı hadisə, qəhrəmanlıq tarixidir. Və o öz-özünə yarana bilməz. Nə yaxşı ki, bu şanlı tarixin banisi Məhəmməd Əmin Rəsulzadə və bir neçə şəxs haqqında mətbuatda mütəmadi olaraq yazılar görürük. Bu günlər sosial şəbəkələr də AXC liderlərinin fotoları ilə zəngindir. Buna sevinməyə bilmərik və sevinməmək haqqımız da yoxdur.
Amma Moderator.az olaraq, bu gün  qismən də olsa, diqərlərinə nisbətdə az  xatırlanan bir qəhrəmandan-giriş sözlərindəki bioqrafiyanın sahibi Ceyhun bəy Hacəbəylidən danışmaq istədik:
Çox təəssüflər olsun ki, Azərbaycanda Ceyhun Hacıbəylini uzun müddət ancaq Üzeyir bəyin qardaşı kimi tanıyıblar. Amma müstəqillik dövründən sonra bir sıra tədqiqatçıların onun barəsində apardıqları geniş tədqiqatlar göstərdi ki, Ceyhun bəyin özü ayrı-ayrılıqda Azərbaycan ictimai-siyasi fikir tarixi üçün çox lazımlı bir fiqurdur və o, fərd olaraq daha geniş araşdırılmalıdır.
O, AXC dövründə dövlət üçün çox əhəmiyyətli “Azərbaycan” qəzetini yaradır və onun əsas ağırlığını öz çiyinlərinə alır.
Image result for Ceyhun Hacıbəyli
Fəaliyyətinin ən önəmli  dövrü 1918-ci ilin axırı 1919-ci ilin əvvəllərinə təsadüf edir. O zaman Ceyhun bəy  və başqa 6-7 şəxs Topçubaşovun başçılığı ilə Parisin Versal sarayında təşkil olunan  konfransa gedirlər. Ceyhun bəy dövlətin müşaviri kimi AXC-ni təmsil edirdi və Topçubaşov komandasının ən vacib üzvlərindən biri idi. Çünki o həm Sorbonnada oxumuşdu, Paris mühitini yaxından tanıyırdı,  həm də Parisdə xeyli şəxsi əlaqələri var idi. Həm onun, həm də nümayəndə heyətimizin səyi nəticəsində az müddət ərzində 23 dövlət Azərbaycan Xalq Cümhuriyyətinin  müstəqilliyini tanıdı. AXC dağılandan sonra isə Ceyhun bəy Bakıya qayıtmadı. Fransada nə qədər ağır, kasıblıqla dolu bir həyat yaşasa da, yenə geri dönmədi. Çünki o, yaxşı bilirdi ki, Bakıya qayıdandan sonra onu nələr gözləyir. Qardaşı ilə yazışmalarda da bunu görmək olar. Üzeyir bəyin onu Bakıya dəvət etməsinə baxmayaraq, Ceyhun bəy qəti şəkildə gəlməyəcəyini deyib.
Beləcə, ömrünün sonuna qədər qürbətdə yaşayır. Qürbət ağrısını yazılarının birində belə ifadə edib:
“Doğmalarımdan ayrılmağımın həsrətini bu qırx il ərzində tez-tez çəkirəm. Ən çox da yadıma düşən bacılarımdı. Bəzən də anamın və ortancıl qardaşımın surətləri bacılarımın surətlərini əvəz edirdi. Yadımdadı, mən Fransaya gələndə bacılarım necə acı göz yaşları tökdülər. Anamın dolu gözləri xəyalımdan çəkilmir. Mən onları inandırırdım ki, cəmisi iki aylığa gedirəm. Nə üçün ağlayırsınız? Amma mən özüm də bilmədən onları aldatmışam. İndi məmləkətimdən ayrılmağımın 41 ilini yaşayıram. Onları bir daha görmədim və heç vaxt da görməyəcəyəm. Doğmalarım – kişilər və qadınlar bir-birinin ardınca dünyadan köçürlər. Elə mən özüm də köçəcəyəm…”.
O, məcburiyyət qarşısında qalaraq bir daha vətənə dönmədi. Bu nisgillə bərabər,  xeyli çətinlikləri çiyinlərində daşımalı oldu. Siyasi mühacir kimi heç yanda iş tapa bilmədiyindən məcburiyyət qarşısında qalaraq ödənişli məktəbdə oxuyan oğlunu da məktəbdən xaric etdirdi. Bu haqda əvvəlcə Zülfüqar Hacıbəyovla məktublaşır. Öz ağır güzəranını ondan gizlətməsə də, böyük qardaşı Üzeyirin həssas olduğunu bilib ondan sirr kimi saxlayır. Amma təbii ki, tanınmış bəstəkar da qardaşının vəziyyətindən bir gün xəbər tutur. Bütün gücü ilə onun vətənə qayıtmasına çalışır. Amma hakim dairələr arasında böyük nüfuzu olan Üzeyir bəy də çox qabağa gedə bilmir.
Image result for Ceyhun Hacıbəyli
Amma bəzən, ona bu cür ağrılı məktublar yazır:
“Sənin və Zöhrənin məktubları gəlib bizə çatdı. Ceyçikin (Ceyhunun oğlu) kefsizliyi və sənin əsəbiliyin bizi çox qəmgin etdi. Fəqət bir qəm-qüssə ilə il keçməz olduğunu bildiyimiz üçün qət etdik ki, sizə “realnı” dəstək olaq. Zülfüqarla (bəstəkarın qardaşı) məsləhətləşib məsələnin həllini üç qismə böldük: birinci, sizə hər ay “requlyarnı” yardım göndərəcəyik. İkincisi, sizin buraya gəlmək məsələnizdi. Üçüncüsü, mənim “zaqranitsa”da ali musuqi təhsilimin bir qədər təxir edilməsidir. 
Birinci qismi biz Zülfüqarla öz boynumuza götürdük və qərara gəldik ki, sənin etirazına baxmayaraq hər ay uşaqlar üçün pul göndərək, bir şərtlə ki, həmin pul 50 manatdan az olmasın. Bu bizim üçün mümkündür, ağır deyildir. Çünki hər ikimizin gəlir yerimiz vardır.
Sabah və ya biri gün sizə teleqrafla pul göndərəcəyik. Bu xüsusda arxayın ola bilərsən. Göndərəcəyim pullar sizə bir aya çatmasa da maddi pərişanlığınızı bir qədər intizama salar”.
Image result for Ceyhun Hacıbəyli
Ceyhun bəydən  bəhs edən yazını aşağıdakı ağrılı sözlərlə bitiririk. Hansı ki, bu sözləri inamının bitdiyi anda yazmışdı:
“Onları bir daha görmədim və heç vaxt da görməyəcəyəm. Doğmalarım – kişilər və qadınlar bir-birinin ardınca dünyadan köçürlər. Elə mən özüm də köçəcəyəm…”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İran prezidentinin birinci müavini Azərbaycanın birinci vitse-prezidentini təbrik edib

Next Post

“Qızıl buts”un sahibi məlum olub

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

“Qızıl buts”un sahibi məlum olub

Goranboyda avtomobil aşıb, 4 nəfər xəsarət alıb Böyüt

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.