Sabah yağış yağacaq

>

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Bunu da oxuyun

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Elchi.az-a verilən məlumata görə, iyunun 1-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi güclənəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 23-25° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728