Əlinizdə butulka avtomobil idarə etməyin! – Yol polisindən açıqlama

>

Qarşıdan yay ayı gəlir. İstilərin olması insanların suya olan təlabatını artır. Açıq havada müxtəlif vasitələrlə hərəkət edən hər kəsin əlində su butulkası görmək mümkündür. Bəs görəsən əlində butulka? su içə-içə avtomobil idarə edilməsi inzibati xətadırmı?

Bunu da oxuyun

Elchi.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədovla əlaqə saxlayıb.

O, sürücüləri avtomobil idarə edərkən diqqət yayındıra biləcək hərəkətlərdən çəkiməyə çağırıb:
“Mobil telfonla danışmaq, siqaret çəkib kötüyünü, nəsə yeyib qalığını çölə atmaq, yanında olan sərnişinlə söhbət etmək, əlində butulka avtomobil idarə etmək inzibati xəta tərkibi yaradır və diqqəti yayındıra biləcək əməl sayılır. Avtomobili idarə edən zaman yuxarıda qeyd olunan vərdişlərlə bağlı inzibati xəta tərkibi göstərilməsə də diqqəti yayındıra biləcək əməldir.

Bütün hallarda diqqəti yayındıra biləcək hərəkətlərin edilməsi təhlükəlidir və sürücünün cəzalandırılmasına səbəb ola bilər”.

YPX rəsmisi həmçinin qeyd edib ki, qanunda sürücünün avtomobili idarə edərkən hər iki əlinin sükanda olması tövvsiyə olunur:

“Sükanın düzgün tutulma qaydası var. Sürücünün hər iki əli sükanın yuxarı hissəsində olmalıdır. Bu təhlükəsizliyin təmin olunması üçün nəzərə tutulub. Amma qanunda bu qaydaya da əməl olunmaması ilə bağlı inzibati cəza tədbiri göstərilməyib”.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728