Azərbaycanda nazirə yeni vəzifə verildi

Bunu da oxuyun

Azərbaycanda nazirə yeni vəzifə verildi
Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasına sədr seçilib.

Elchi.az verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov federasiyanın sədri vəzifəsini icra edəcək.

Qeyd edək ki, Cabbarov Azad Vaqif oğlu 1981-ci il 14 apreldə Lənkəran rayonunun Şovu kəndində anadan olmuşdur. 1998-2002-ci illərdə “Naxçıvan” Universitetinin Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasını bitirmişdir.

2002-ci ildə N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə təhsil almışdır. 2010-2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirmişdir.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728