“Xəzər Dəniz Gəmiçiliyi”-nin yataqxanası Təhsil Nazirliyinə verildi

Bunu da oxuyun

“Xəzər Dəniz Gəmiçiliyi”-nin yataqxanası Təhsil Nazirliyinə verildi
Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci ilə bağlı bəzi məsələlər barədə” 2016-cı il 19 may tarixli qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci ilə bağlı bəzi məsələlər barədə” 2016-cı il 19 may tarixli qərara əsasən Təhsil Nazirliyinin Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci yaradılıb.

Dəyişiklik isə kollecin Bakı şəhəri, Nərimanov rayonu, Bakuvi küçəsi, 18 ünvanında yerləşən yataqxana binası ilə bağlıdır. Nazirlər Kabineti Təhsil Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşdırılmış təklifinə əsasən həmin yataqxana binasının Təhsil Nazirliyinin balansında saxlanılması barədə qərar verib.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728