"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezident İlham Əliyev komandanı necə dəyişir – daha üç iri fiqur… 

03 İyun 2017 - 09:05
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

PA-dan başlamış islahatlar yaxın günlərdə Nazirlər Kabineti və BŞİH-də də elan olunacaq; qarşıdakı prezident seçkisi ilində daha çevik komanda ilə işləmək və islahatları tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq siyasəti davam edəcək…
Prezident İlham Əliyevin Prezident Administrasiyası strukturunda dəyişiklik etməsi ölkə mediasının gündəminə çevrilib.
Struktur islahatlarına məhz Prezident Administrasiyasından (PA) başlanılmasının əlbəttə ki, xüsusi səbəbi var. Əvvəla, bu, idarəetmənin “ürəyi” hesab olunan Prezident Administrasiyasında struktur və kadr ixtisarları aparmadan digər administrativ qurumlarda islahatların effektli olmayacağına verilmiş mesajdır. Çünki Azərbaycan müstəqillik əldə etdikdən üzü bəri bu və digər səbəblərdən PA-da ciddi struktur islahatları aparılmayıb. Təsadüfi deyil ki, PA-da hələ də elə şöbə rəhbərləri varmış ki, onlar bütün prezidentlərin dövründə iş başında qalıb. PA idarəetmədə elə bir mexanizmdir ki, onun indi 10 il əvvəlkindən fərqli olaraq daha effektli quruma çevrilməsinə ehtiyac var.

Image result for Prezident Administrasiyası
Struktur islahatlarının PA-dan başlamasının daha bir incə səbəbi də var. Bu, incə nüans digər dövlət strukturlarında gözlənilən ixtisar və islahatlara “dodaq büzəcək”, “niyə özlərindən başlamadılar” deyə biləcək məmurlara yönəlib. Prezident İlham Əliyevin öz administrasiyasında, belə deyək, özünə ən yaxın idarəetmə strukturunda kadr ixtisarları aparması “toxunulmaz məmur yoxdur” sözlərinin daha bir sübutudur.
Sərəncamdan belə qənaət yaranır ki, PA-da başlamış struktur islahatlarının miqyası əslində çox böyükdür.

Müşavirlik institutunun birdəfəlik ləğv edilməsi, bəzi şöbələrin bağlanması və birləşdirilməsi prosesi hələ indi başlayır. Prezident sərəncamında kiminsə konkret işdən çıxarılması barədə bənd yoxdur, amma tanınmış bir sıra məmurların artıq administrasiyadakı işləri ilə vidalaşacağı dəqiqləşib. Onların sırasında yaşlılar da var ki, bu da göstərdikləri effektli dövlət xidmətinə baxmayaraq, prezidentin komandanı gənc kadrlarla əvəzləmə iradəsini göstərir.

Image result for Prezident ilham əliyev
Son aylar həm nazirliklərdə, həm birinci vitse-prezident aparatının formalaşmasında gənc kadr təyinatlarına üstünlük verilməsi bu tendensiyanın davamlı olacağını deməyə əsas var. Gənc nazir Ramin Quluzadəyə rabitə ilə bərabər nəqliyyat sahəsinin də həvalə olunması siyasi komandada cavanlaşdırma strategiyasının yürüdüldüyünü təsdiqləyir və göründüyü kimi, davam da edir.
Prezident icra aparatını effektli struktura çevirməklə qarşıdan gələn prezident seçkilərinə hazırlığın başlandığına işarə də verə bilər. Məlumdur ki, prezident seçkilərində əsas yük PA üzərinə düşür. Administrasiyada yenilənmə, daha effektiv idarəetmə mexanizmlərinin qurulması başlayır ki, bu da yaxın aylarda tam yekunlaşacaq.
Bu həm də o deməkdir ki, prezident İlham Əliyev gələn il keçiriləcək prezident seçkisinə effektli, daha rasional və işlək komanda ilə getməyi hədəfləyib. Administrasiyadan başlamış islahatlar yaxın günlərdə iki mühüm strukturda da elan olunacaq. Bu, Nazirlər Kabineti (NK) və Bakı Şəhər İcra Hakimiyyətidir (BŞİH).

Image result for Nazirlər Kabineti
“Yeni Müsavat”a daxil olan xəbərdə deyilir ki, NK-də baş nazir müavinlərinin sayı azaldılacaq. Baş nazirin yalnız üç müavininin vəzifəsində qalacağı deyilir. Hazırda baş nazirin biri birinci müavin (Yaqub Eyyubov) olmaqla, 6 müavini (Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abbasov) var. Onların çoxu pensiya yaşını artıq haqlayıb Yaqub Eyyubov – 72 yaş (1945-ci il təvəllüdlü), Elçin Əfəndiyev 74 yaş (1943), Əli Həsənov 69 yaş (1948), Abid Şərifov 77 yaş (1940), Əli Əhmədov 64 yaş (1953), İsmət Abbasov 63 yaş (1954). Baş nazir Artur Rasi-zadənin isə 82 yaşı var (1935).

Image result for Əli Əhmədov
Qaynağımızın sözlərinə görə, müavinlərin üçü pensiyaya göndəriləcək. Qalanlar sırasında YAP-ın icra katibi Əli Əhmədovun olacağı dəqiqdir, Əli Həsənovun və Yaqub Eyyubovun görəvini davam etdirəcəyi deyilir. Bu strukturda da ciddi ixtisarların olacağı dəqiqdir. Çünki ən çox “büdcəyə yük” də məhz NK-dır.

Image result for Yaqub Eyyubov
Ümumiyyətlə, təkcə NK deyil, digər nazirlik və komitələrdə yalnız bir müavin ştatının saxlanılacağı iddiası da var. Bu da hökumətin həm bürokratik aparata nəzarət imkanlarını yaxşılaşdıracaq, həm də dövlət idarəetmə aparatında çeviklik yaradacaq.
Bakı Şəhər İcra Hakimiyyətində də rəhbər postlarda ixtisarlar olacaq. İqtisadiyyat Komitəsi, Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Şəhər Kino Xidməti İdarəsi kimi strukturların birləşdiriləcəyi deyilir.
Belə görünür ki, prezident İ.Əliyevin struktur və kadr siyasətini gücləndirmək, qarşıdakı prezident seçkisi ilində daha çevik komanda ilə işləmək və islahatları tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq siyasəti davam edəcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakı Media Mərkəzinin binasının açılışı olub

Next Post

İrəvan bu şərtlə işğaldakı rayonları boşaldacaq – Şərh

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İrəvan bu şərtlə işğaldakı rayonları boşaldacaq – Şərh

İranda güclü partlayış: 32 yaralı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.