QOÇ – Qəlbinizin məhəbbət guşəsinə baş vurmağınızı təvəqqe edən ulduzlar əsas gücünüzü sevgiyə
yönəltməyi məsləhət görür. Dardüşüncəli insanlara əhəmiyyətsiz yanaşın. Gələcəyə ümidlə baxın.
yönəltməyi məsləhət görür. Dardüşüncəli insanlara əhəmiyyətsiz yanaşın. Gələcəyə ümidlə baxın.BUĞA – Maliyyə baxımından düşərli gün olsa da, ümumi ovqatınızda gərginlik mümkündür. Lakin bu amil işgüzar sövdələşmələrdə və qərarlar qəbul etməkdə sizə mane olmayacaq.
ƏKİZLƏR – Ümumi məziyyətlərinə görə, uğurlu gün hesab etmək olar. Qarşılıqlı münasibətlərdə yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Yeni xəbər eşidəcəyiniz də mümkündür.
XƏRÇƏNG – İş yerində həmkarlarınızla müəyyən mübahisələriniz gözlənilir. Odur ki, özünüzü qalmaqallara istiqamətləndirməməlisiniz. Saat 16-dan sonra şəxsi işlərinizdə dönüş yarana bilər.
ŞİR – Ulduzların düzümü ilk növbədə səhhətinizə fikir verməyi məsləhət görür. Bunun üçün öncə əsəblərinizi qorumalı, hər dedi-qoduya fikir verməməlisiniz. Əsas vaxtı evdə keçirin.
QIZ – Maddi problemlərinizin qabarmasından narahat olmayın. Çünki yaxın günlərdə bu istiqamətdə uğurlarınız artacaq. Konkret olaraq bu günsə yalnız görəcəyiniz işləri dəqiqləşdirməlisiniz.
TƏRƏZİ – Saat 12-yə qədər hansısa ciddi işlərə girişməyin. Əks təqdirdə xoşagəlməz situasiyalarla rastlaşacaqsınız. Nahardan sonra nüfuzlu şəxslərlə görüşləriniz sizə səmərə verəcək.
ƏQRƏB – Yaxşı olar ki, əsas vaxtınızı ev şəraitində keçirəsiniz. Uzaq yola çıxmaq, riskli hərəkətlər etmək, yeni işlərə başlamaq məsləhət görülmür. Büdcənizdə isə artım gözlənilir.
OXATAN – Səhhətinizlə bağlı xırda problemləriniz gözlənilsə də, özünüzə diqqət yetirməklə bu kimi mənfi fəsadları aradan qaldıra bilərsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyəsiniz.
OĞLAQ – Kollektiv gəzintilərə çıxmaq üçün əlverişli tarixdir. Buna əməl etməklə sürprizlərlə rastlaşacaqsınız. Günortadan sonra maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz.
SUTÖKƏN – Qohumluq münasibətlərində səxavətli olmağınız məsləhət görülür. Hansısa şəxsi probleminizi qabartmaqdansa, daha bəşəri ideyalarla məşğul olun. Nəzərə alın ki, bu, sizə hədsiz savab qazandıra bilər.
BALIQLAR – Ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın. Köməyə ehtiyac duyan yaxınlarınıza sədaqətliliyinizi göstərin.



