Kristiano Ronaldoya 180 milyonluq təklif

Bunu da oxuyun

Kristiano Ronaldoya 180 milyonluq təklif
Kriştiano Ronaldo üçün “Real”a 180 milyon avroluq təklif gələcək.

Bu barədə Portuqaliyanın “A Bola” qəzeti məlumat yayıb.

Qəzetin iddiasına görə, bu təklifi PSJ, “Monako”, “Mançester Yunayted” və ya Çin klublarından biri edə bilər. Məlumatda qeyd olunur ki, “Real” təklifi qəbul edəcək və bu transferdən əldə olunan gəliri “Monako”dan Kilian Mbappeni almağa xərcləyəcək.

Qeyd edək ki, Ronaldonun “Real”la 2021-ci ildə qədər müqaviləsi var. Portuqaliyalı futbolçu bir müddət əvvəl karyerasının sonunadək “Kral Klubu”nda qalacağını bildirmişdi.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728