
Elchi.az-ın report-a istinadən məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər vəsatət qaldırıblar.
Onlar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanıldıqlarını bildiriblər. Hər iki şəxs məhkəməyə müraciət edərək 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülmələrini tələb ediblər.
Məhkəmə təqsirləndirilən şəxslərin vəsatətini müzakirə edib və təmin edilməsi ilə bağlı qərar qəbul edib.
Proses iyunun 12-də davam etdiriləcək.
Qeyd edək ki, antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, Azərbaycan hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində təqdirləndirilirlər.
A.Qəhrəmanov və R.Qasımov Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunurlar.
Hər iki şəxs İŞİD terror təşkilatının sıralarına qoşulduqdan sonra Azərbaycana qayıdarkən həbs ediliblər.



