Azərbaycan 3 fətullahçını tutub Türkiyəyə ekstradisiya edir, biri pedaqoqdur

Azərbaycan 3 fətullahçını tutub Türkiyəyə ekstradisiya edir, biri pedaqoqdur
Azərbaycan hüquq-mühafizə orqanları Türkiyə tərəfindən axtarılan 3 fətullahçını saxlayıb və onların ekstradisiyasına dair qərar verib. Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, onlardan biri Taci Şentürkdür. Taci Şentürk bu gün xüsusi təyyarə ilə Türkiyəyə ekstradisiya ediləcək. Onun Türkiyədə “FETÖ mənsubu” kimi həbs ediləcəyi gözlənilir.

Taci Şentürk Azərbaycanda özəl məktəblərdən birində dərs keçən uzman psixoloq-pedaqoqdur. Onun ötən ilin fevralında Bakıda “Dərsimiz Ailə, mövzumuz uşaq tərbiyəsi” adlı yeni kitabı nəşr olunub. Bu kitabda fətullahçı pedaqoq uşaqların tərbiyəsi üçün hansı metodlardan istifadə edilməli olduğu göstərilir. Şentürk kitabının təqdimatında deyib ki, Azərbaycanın hər tərəfini gəzərək ailələrdə uşaqların tərbiyəsi ilə bağlı problemləri araşdırıb, sonra bu kitabı yazıb.

Bunu da oxuyun

Xatırladaq ki, ötən ilin iyulunda Fətullah Gülənə bağlı hərbçilər tərəfindən Türkiyədə hərbi çevriliş cəhdi olub. Bu qiyamın yatırılmasından sonra Türkiyədə on minlərlə fətullahçı həbs olunub,habelə Türkiyə hakimiyyəti xarici ölkələrdəki fətullahçılara qarşı təqiblərə başlayıb. Azərbaycan FETÖ-çulara qarşı mübarizədə Türkiyə iqtidarına dəstək verir.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728