“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin, dilinin, tarixinin xarici ölkələrdə təbliğinin və təmsilçiliyinin yeni nümunəsini yaratdı və bu, çox uğurlu nəticələr verdi”
Ə.Həsənov bildirib ki, Mehriban xanım Əliyeva Azərbaycanda çoxsaylı işlərə imza atıb: “Bu gün vitse-prezidentlik institutunu məhz Mehriban xanım Əliyeva inkişaf etdirir. Mən əminəm ki, birinci vitse-prezidentlik institutu Azərbaycan dövlətinin inkişafında önəmli rol oynayacaq, onun əsas hədəflərini, sosial, mədəni və digər sahələrdə əhəmiyyətli layihələri uğurla həyata keçirəcək bir qurum olacaq. Mehriban xanım Əliyevanın dinamik xarakteri, onun xarakterindən gələn konkretlik, işgüzarlıq, humanistlik, Azərbaycan dövlətinə, xalqına bağlılıq hissi əsas verir ki, o, cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin reallaşdırılmasına, hakimiyyət komandasının səfərbər olunaraq inamla ölkəni gələcəyə doğru aparmasına dəyərli töhfə versin”.