Nəqliyyat Agentliyindən yanacaqdoldurma məntəqələrinə – Xəbərdarlıq

>

Bu gün ictimai nəqliyyatda rastlaşdığımız əsas problemlərdən biri də avtobusların sərnişinlə dolu vəziyyətdə yanacaqdoldurma məntəqəsinə girməsidir.

Bunu da oxuyun

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Elchi.az-a bildirib ki, 02.06.2017 tarixində Bakı Nəqliyyat Agentliyi əməkdaşları tərəfindən 24 nömrəli müntəzəm marşrut üzrə fəaliyyət göstərən 90-OE-457 dövlət qeydiyyat nişanlı avtobusun sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması müəyyən edilib. Fakt dərhal nəzarətə götürülüb və avtobusun sürücüsü Füzuli Yolçıyev və daşıyıcı Bakı Nəqliyyat Agentliyə çağrılıb, sürücünün izahatı alınıb. Bu gün isə isə daşıyıcının müvafiq əmri ilə sürücü işində yol verdiyi nöqsanlara görə işdən azad olunub.

Qeyd edək ki, avtobus sürücülərinin yanacaqdoldurma məntəqəsinə sərnişinlərlə daxil olması baş verə biləcək bədbəxt hadisə zamanı vətəndaşların xəsarət almasına, həyatlarını itirmələrinə səbəb ola bilər. Bunu nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sahiblərinə məktub ünvanlayıb. Tövsiyə edilib ki, yanacaqdoldurma məntəqəsinin məsul şəxsləri də avtobusların sərnişinlə məntəqəyə daxil olmasına icazə verməməlidir.

Onu da qeyd edək ki, “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanununun 56-cı maddəsinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələrinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması qadağandır.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728